Modern.az

Co Baydenin Administrasiyası Azərbaycanda hansı partiyanı tanıyır...

Co Baydenin Administrasiyası Azərbaycanda hansı partiyanı tanıyır...

25 Yanvar 2021, 16:48

Ötən həftə Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Co Bayden səlahiyyətlərinin icrasına başladı. Adətən qabaqcıl ölkələrdə hakimiyyət dəyişliyi olanda ölkə başçısının Azərbaycana münasibətləri təhlil edilir. Bəs indiki məqamda ABŞ kimi güclü bir dövlətə rəhbər seçilən Co Baydenin Azərbaycanla əlaqələri, siyasi partiyalarla təmasları hansı səviyyədədir?


Bu barədə Modern.az-a danışan Respublikaçı Alternativ (ReAl) Partiyasının icra katibi Natiq Cəfərli hesab edir ki, ölkəmizdə partiyalar siyasi platforma olaraq, ideoloji əsasda deyil, şəxslər əsasında formalaşıb:


“Partiyanın başında duran şəxsin hansısa məsələlərə münasibəti partiyanın ümumi xəttini təşkil edib. Uzun müddətdir ki, bu ideoloji mübarizənin şahidi olmamışıq. Belə desək, partiyalar bir növ futbol azarkeşlərinə çevrilib, müxtəlif ölkələrə azarkeşlik edirlər. Əslində bütün partiyalar Azərbaycanyönümlü olmalıdırlar və Azərbaycanın gələcək inkişafına nə yararlıdırsa, nə xidmət edirsə, onunla bağlı ümumi konsensus yolu disput olmalıdır. Bunun nəticəsi olaraq, hansı dəyərlərə üstünlük verdiklərini bəyan etməlidirlər. Bu, şərqyönümlü, qərbyönümlü məsələsi deyil. Ona qalsa, Yaponiya, Cənubi Koreya, Sinqapur da şərqdə yerləşən ölkələrdir və kifayət qədər inkişaf ediblər. Bu meyllilik coğrafi istiqamətlə deyil, dəyərlərlə ölçülməlidir”.


N.Cəfərli xatırladıb ki, Azərbaycanda özünü qərbpərəst adlandıra biləcək, bu yöndə addımlar ata biləcək siyasi təşkilatlar olub:

“Lakin sonradan təşkilatlar hansı dəyərlər əsasında bu yönü seçiblər – bununla bağlı ciddi məlumat yoxdur”.

ReAl Partiyasının Co Bayden komandasına yaxınlığına gəlincə, N. Cəfərli bildirib ki, təmsil olunduğu partiyanın həm Avropa Birliyində, həm də Amerikada kifayət qədər müzakirələrə açıq olan, illərdir diskussiyalar apardığı çevrələr var:

“Biz təmaslarda prinsiplər, dəyərlər üzərində diskussiyanın olmasında maraqlıyıq. Azərbaycanda da belə coğrafi oriyentasiyaya söykənməyən diskussiyanın açılmasında yarar var.

Co Baydenin komandasında elə siyasətçilər var ki, ReAl-ın rəhbər şəxsləri onlarla görüşüb, əlaqədədir. Sabiq prezident Barak Obamanın dönəmində, Co Bayden vitse-prezident olanda hakimiyyətdə təmsil olunmuş bəzi şəxslər indi prezidentin komandasına qaytarılıb. ReAl-ın rəhbərliyində olanlar həmin şəxslərlə müxtəlif beynəlxalq platformalarda, görüşlərdə təmasda olublar. Hesab edirəm ki, bu təmaslar gələcəkdə Azərbaycan maraqlarının önə çıxmasında, məsələlərə Azərbaycan pəncərəsindən baxmaqda Amerikaya da yardımçı olacaq. Amerikada, Qərbdə formalaşan və ya formalaşdırılan Azərbaycanla bağlı fikirlərin dəyişməsinə, beləliklə, Azərbaycanla daha yaxşı münasibətlərin qurulmasına çalışacağıq. Ölkəmizdə fəaliyyət göstərən digər siyasi partiyaların da əsas məqsədi Azərbaycan pəncərəsindən məsələlərə baxmaq olmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir