Modern.az

Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı  

Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı  

Aktual

26 Yanvar 2021, 00:29

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayışdan sonra hadisə yerinə gələrək qonşularını dağıntılar altından çıxarmaq istəyən 1988-ci il təvəllüdlü Hüseynov Vasif Əbülfəz oğlu xəsarət alıb.

 

Modern.az xəbər verir ki, Vasif Hüseynov hadisə yerinə gələn təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona sol inci sümüyünün sınığı diaqnozu qoyulub.

 

Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində 8 nəfər xəsarət alıb (report).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı