Modern.az

Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

Aktual

26 Yanvar 2021, 01:00

Dünya üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb.

 

Modern.az pandemiyanın statistikasını aparan "worldometers.info"ya istinadla xəbər verir ki, hazırda dünyada koronavirusa 100 147 399 yoluxma qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 2 146 140 nəfərə, sağalanların sayı isə 72 091 802 nəfərə çatıb.

 

COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edən ABŞ-da koronavirusa 25 796 515 yoluxma halı aşkarlanıb, 430 522 nəfər ölüb, 15 537 202 insan sağalıb.

 

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 10 milyon 677 min 710 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 153 min 624 nəfər vəfat edib, sağalanların sayı isə 10 milyon 345 min nəfəri ötüb.

 

Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövrü ərzində 8 milyon 850 min 135 nəfər virusa yoluxub, onlardan 217 min 133 nəfər həyatını itirib, 7 milyon 653 min nəfər sağalıb.

 

Saytın məlumatına görə, hazırda dünya üzrə hər milyon nəfərə düşən ölüm sayı 274,4 nəfər təşkil edir. ABŞ-da bu göstərici 1293, Braziliyada 1017, Hindistanda isə 111 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü