Modern.az

Azərbaycanda 38 uşaq valideyinlərinə qaytarıldı

Azərbaycanda 38 uşaq valideyinlərinə qaytarıldı

Aktual

26 Yanvar 2021, 11:32

Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində görülən işlər nəticəsində son bir ildə 38 uşaq müəssisələrdən öz ailəsinə qaytarılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, övladlığagötürmə sahəsində idarəetmənin qurum tərəfindən həyata keçirilməsinə başlandığı 1 noyabr 2019-cu ildən bu günə qədər isə 27 uşaq (14 oğlan və 13 qız) övladlığa verilib:

 

“Onlardan 5-i ögey ana - ögey ata, 17-si yaxın qohum tərəfindən, 2-si valideynlər arasında razılıq əsasında, 3 uşaq isə dövlət uşaq müəssisəsindən övladlığa götürülüb. Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3 yaş, 16-sı 4-11 yaş, 1-i isə 12-18 yaş aralığında olanlardır”.

 

Rəsmi məlumata görə, uşaqların övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması xüsusi diqqətdə saxlanır. Bu istiqamətdə ciddi nəzarət, övladlığa götürülən hər uşağın ailədəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!