Modern.az

Sergey Prixodko vəfat etdi

Sergey Prixodko vəfat etdi

26 Yanvar 2021, 12:56

Rusiyalı dövlət xadimi Sergey Prixodko bu gün vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri S.Prixodkonun ailə üzvləri və yaxın ətrafındakı mənbələrə istinadla məlumat verib. Bildirilib ki, Rusiya baş nazirinin keçmiş müavini, hökumət aparatının keçmiş rəhbəri Sergey Prixodko bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun 64 yaşı var imiş.

 

İctimai-siyasi xadimin ölümünün dəqiq səbəbi və detallar açıqlanmayıb. Rusiya hökumətindən məlumatı təsdiqləyiblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı