Modern.az

Koronavirusa yoluxan jurnalist: “Elə bilirdim xəstəliyi yüngül keçirəcəm”

Koronavirusa yoluxan jurnalist: “Elə bilirdim xəstəliyi yüngül keçirəcəm”

Media

8 Fevral 2021, 09:04

İctimai Televiziyanın İnformasiya departamentinin redaktoru, telekanalın Qarabağ üzrə müxbiri Şöhrət Eyvazov koronavirusa yoluxub.

Artıq 10 günə yaxındır ki, virus səbəbindən müalicəsi davam etdirilir. Şöhrət Eyvazov Modern.az-a səhhəti ilə bağlı danışıb.

"Əvvəlcə xəstəliyi yüngül keçirəcəyimi düşündüm. Sonradan hərarətimin yüksəldiyi hiss etdim, Bakı şəhərində yerləşən "Yeni Klinika"da müalicəmi davam etdirirəm. Hazırda vəziyyətimin stabilləşdirilməsi üçün addımlar atılır. Xəstəxana şəraiti normaldır, tibb işçiləri bütün xəstələr üçün əllərindən gələni edirlər".

Qeyd edək ki, Şöhrət  Eyvazov birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan kapitandır. 20 ildir ki, hərbi jurnalistika üzrə fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.


Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!