Arxiv
17 Fevral 2021, 15:58 | ÖLKƏ
Baş nazirdən un və çörəyin qiyməti ilə bağlı QƏRAR

Baş nazir Əli Əsədov “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.

 

Modern.az-ın məlumatına görə, qərara əsasən,  un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya verilməlidir.

 

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiq, un istehsalçılarına verilən subsidiyanın bu qaydaya uyğun ödənilməsini təmin etməlidir.

 

Qərara əsasən, un istehsalçılarına ödənilmiş subsidiya barədə icmal hesabatı 2021-ci il 1 iyun tarixinədək Nazirlər Kabinetinə təqdim edilməlidir. 

 

Subsidiyanın ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan müvafiq məbləğdə vəsait ayrılacaq.

 

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməldir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Gürcü Arzusu”ndan qalmaqallı səs yazısı ilə bağlı bəyanat 7 mart 2021, 22:16 Polis İmişlidə quş əti satışını qadağan edib? - DİN-dən açıqlama 7 mart 2021, 22:02 Abşeronda maşın piyadanı vurub öldürdü 7 mart 2021, 21:49 Madrid komandaları sülh bağladı 7 mart 2021, 21:35 Messi oğlu ilə səs verdi 7 mart 2021, 21:25 Millimiz “Böyük dəbilqə”ni iki medalla başa vurdu 7 mart 2021, 21:13 Məhəmməd Salah "Liverpul"u tərk edir? 7 mart 2021, 21:05 Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir 7 mart 2021, 20:54 “Liverpul” öz meydanında autsayderə uduzdu 7 mart 2021, 20:40 Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO 7 mart 2021, 20:33 Avstriyada “AstraZeneca” peyvəndindən istifadə dayandırıldı 7 mart 2021, 20:22 FHN əhaliyə müraciət etdi - VİDEO 7 mart 2021, 20:13 Bu rayonlara qar yağır - FAKTİKİ HAVA 7 mart 2021, 20:01 Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var 7 mart 2021, 18:04 Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur 7 mart 2021, 17:51 İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma 7 mart 2021, 17:43 Atletimiz Qış Avropa çempionatında gümüş medal qazandı 7 mart 2021, 17:30 Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi 7 mart 2021, 17:15 ABŞ-da COVİD-19-dan ölənlərin sayı açıqlandı 7 mart 2021, 17:00 Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı 7 mart 2021, 16:49 Cüdoçumuz "Böyük dəbilqə"də bürünc medal qazandı 7 mart 2021, 16:38 Buraxılış imtahandan 2 şagird xaric edildi 7 mart 2021, 16:28 “Zirə”yə argentinalı futbolçu gəldi 7 mart 2021, 16:15 Ağdamın Suma kəndindən ən son görüntülər - Video 7 mart 2021, 16:00 Dövlət qulluğu imtahanı başa çatdı: 8 nəfər seçildi 7 mart 2021, 15:49 "Taliban" hücuma keçdi: 15 polis əməkdaşı həlak oldu 7 mart 2021, 15:43 Estoniya müdafiə naziri: "Yeniyetmələrin 63 faizi Rusiya ilə müharibəyə hazırdır”   7 mart 2021, 15:36 "Osasuna" ilə oyunda "Barsa"dan rekord göstərici 7 mart 2021, 15:28 Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı 7 mart 2021, 15:19 Lənkəranlı keçmiş müəllim “mal” alverinə başladı, taksi sürücüsünü də bu işə qoşdu 7 mart 2021, 15:08 Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var 7 mart 2021, 14:58 FHN yolda köməksiz qalmış iki nəfəri xilas etdi  7 mart 2021, 14:51 Küveytli media rəhbəri Azərbaycan Prezidentinin mətbuat konfransından yazdı 7 mart 2021, 14:48 Yoluxma 400-ü keçdi - 3 nəfər öldü 7 mart 2021, 14:42 Külək Binədə qaz xətlərini yararsız vəziyyətə saldı   7 mart 2021, 14:30