Modern.az

Həkimlərin sınaq imtahanlarının nəticələri açıqlandı

Həkimlərin sınaq imtahanlarının nəticələri açıqlandı

27 Avqust 2012, 20:53

2012-2013-cü tədris ili üzrə ali tibb təhsili əsasında həkim mütəxəssis kimi hazırlanmaq məqsədilə rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb.

Bu  barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.  İmtahan nəticələri qurmun saytında yerləşdirilib .  //tqdk.gov.az/rsinaqnet/

Qeyd edək ki,  həkim olmağa namizədlər avqustun 25-də baza, avqustun 26-da ixtisas fənləri üzrə imtahan veriblər.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da Bakıda keçiriləcək.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir