Modern.az

Bank kartından oğurluq edən şəxs saxlanıldı

Bank kartından oğurluq edən şəxs saxlanıldı

Aktual

23 Fevral 2021, 12:10

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Cəlilabad rayon sakini N.Həsənovun bank kartından 790 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Mehdizadə saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatada bildirilib.

 

Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 20-də şəhər ərazisindəki inzibati binaların birində quraşdırılmış “E-manat” ödəmə terminalının sındırılması müəyyənləşib. Oradan 369 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Hüseynov saxlanılıb. Hər iki fakt üzrə araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu