Arxiv
24 Fevral 2021, 15:14 | ÖLKƏ
Hər bir partiyadan Xocalı bəyanatı GÖZLƏYİRİK

Azərbaycanda aparılan islahatlar siyasi müstəvidə də ciddi şəkildə görünməkdədir. Daha siyasi təşkilatların qeydiyyat, ofis kimi problemləri yoxdur. İndi heç bir maraq milli maraqlardan üstün deyil. Siyasi dialoqlar yalnız nəzəri deyil, praktiki fazadadır.


Düzdür, Azərbaycanda barışa qarşı olan qüvvələr bunu ölkənin siyasi sferasının hakimiyyət tərəfindən ələ alınması kimi qiymətləndirirlər. Amma unutmaq olmaz ki, elə həmin qüvvələr vaxtilə partiyaların qeydiyyat, ofis problemlərini hakimiyyətin siyasi fəaliyyətə qadağası kimi qələmə verirdilər.


Yeri gəlmişkən, Azərbaycanda siyasi təşkilatların dövlət tərəfindən maliyyələşməsinə də bu qüvvələrin münasibəti mənfidir. Bir partiya xaricdən maliyyə ala, xarici maraqlara xidmət edə bilər və burada qeyri-adi nəsə yoxdur. Ancaq digər partiya öz dövlətindən maliyyə alıb, özünün dövlət maraqlarına xidmət edirsə, burada niyə qəbahət, “satqınlıq” axtarılır?


Bununla belə, ümidverici məqam odur ki, belə qüvvələr daha barmaqla sayılacaq qədər də qalmayıb.


Bəli, bü gün Azərbaycanda siyasi dialoq artıq günümüzün gerçəkliklərdir. Vətən Müharibəsi dövründə siyasi təşkilatların birgə fəaliyyəti, bəyanatlar, müraciətlər illərdən bəri yığılıb qalan barışmazlıq stereotiplərini birdəfəlik kənara qoydu.


Prezident Adminstrasiyasının Siyasi təşkilatlar və Qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə bir neçə gün öncə siyasi dialoq mövzusunda onlayn konfrans keçirildi. Bir qrup deputat və ictimai aktivin iştirakı ilə keçirilən toplantıda şöbə müdiri bildirdi ki, bu sahədə əldə edilən nəticələr ölkə başçısının uğurlarıdır. Onların şöbəsi sadəcə tapşırıqları icra edir.



Ədalət Vəliyev həmçinin qeyd etdi ki, Vətən Müharibəsi dövründə ölkədə qeydiyyatdan keçən 52 partiyadan 50 üstəgəl 1 formatında dialoq qurulub. Yalnız AXCP dialoqdan imtina edib və ölkə Prezidenti ilə dialoqa gedə biləcəyini bəyanlayıb.


Partiyanın bu addımına normal yanaşmaq olar. Ancaq söhbət Qarabağdan, Azərbaycanın ərazi bütövlüyünün bərpasından gedirsə, burada bütün iddialar kənara qoyulmalıdır. Sadə məntiq də onu deyir ki, yalnız Azərbaycana qarşı olan qüvvələr bu birlikdə olmaya bilər.


Başqa tərəfdən, qaldırdığın məsələlərə, dialoq mövzuna şöbə tərəfindən cavab verilməsə, ölkə başçısı ilə dialoq arzulana, yaxud istənilə bilər.


İddia ölçüdən böyük olanda hər hansı insan da, təşkilat da ancaq utopik düşüncələrlə, xaotik davranışlarla, romantika ilə fəaliyyət göstərir. 

 

Bütün siyasi partiyalar Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yaymalıdır

 

Siyasi dialoqla həm də yeni siyasi ənənələrin başlangıcı qoyuldu. İndi hər bir partiyadan Xocalı bəyanatı gözləyirik.


Tarixə ekskurs etsək, görərik ki, siyasi dialoqla bağlı əməli addımlar illər öncə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılıb.


Ölkə başçısı “Eks-prezidentlər haqqında” Qanunu təsdiqləməklə bu istiqamətdə nəinki regionda, hətta MDB məkanında ilkə nümunə olmuşdu.


Ölkəmizin yerləşdiyi çoğrafi məkanda – Cənubi Qafqazda Azərbaycandan başqa hansı ölkədə müxalif partiyanın sədrinin Prezident Adminstrasiysına dəvət edilməsi mümkündür? Onları yalnız həbsxanalara “dəvət edirlər”. Ümumiyyətlə, bütün MDB məkanında eyni vəziyyətdir.


Bəli, “Eks-prezidentlər haqqında” Qanunun təsdiqlənməsi həm də keçmişimizə ehtiram, müasirlərə dialoq çağırışı, gəlcəyə barışla  birlikdə getmək demək idi.


Bu qanunu təsdiqləməzdən öncə ilk dəfə Prezident seçilərkən İlham Əliyev bəyan etmişdi ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların Prezidenti olacaq. Bü da bir çağırış idi.


Ancaq son illərə qədər Azərbaycanda siyasi təşkilatlar bu çağırışlara cavab vermirdi. Təbii ki, belədə dialoq alınmayacaqdı. Çünki dialoq bir tərəfin istəyi ilə gerçəkləşən proses deyil.


Unutmaq olmaz ki, siyasi dialoqa gələn yol müxtəlif sahələrdən keçir. Dialoq masasında güclü olmaq istəyin varsa, mütləq o yolu keçməlisən.


Bir az da konkretləşdirsək, siyasilərin bu günə qədər ortada iqtisadi, mədəni, təhsil, ekologiya, sosial və s. sahələrlə bağlı konepsiyaları, təklifləri, təhlilləri yoxdursa, siyasi müstəvidə natamam olacaqları qaçılmazdır.


Nə yazıqlar ki, biz Azərbaycanda siyasi qurumların bu istiqamətlərdə fəaliyyətini görə bilmirik. Seçkilərdə uduzmağın bu faktorla birbaşa bağlı olduğunu da onlar unutmasınlar. Siyasi iddiaya bunlarsız çatmaq mümkün deyil. Dərsini öyrənməyən məktəblinin sınaqdan yüksək bal yığacağı nə qədər mümkün görünürsə, yuxarıda qeyd etdiyimiz yollardan keçməyən siyasilərin də seçki yarışında qalib gələcəyi o qədər gözləniləndir.

 

Siyasi dialoq kimə və niyə lazımdır...

 

Siyasi dialoq Azərbaycan üçün çoxmu lazmdır? Bu, yalnız hakimiyyətəmi sərf edir? Xalq bundan nə qazanacaq? Müxalifət üçün dialoq nə qədər yararlıdır? Dünya azərbaycanlıları bundan nə əldə edəcək?


Sualların hamısının qısa bir cavabı var: İkinci Qarabağ Müharibəsində bütün Xalq bir yerdə idi, hamı əsgər idi, məhz Xalqın birliyi ilə ərazi bütövlüyümüzü təmin etdik, Böyük Zəfərə imza atdıq.



Bunun sevincini Azərbaycan da, Azərbaycan hakimiyyəti də, Azərbaycan xalqı da, Azərbaycan müxalifəti də, Dünya Azərbaycanlıları da yaşayır.


Bundan məyus olanlar, qəbiristanlıqlarda şam yandıranlar ermənilər, bir də onların havadarlarıdır. Və həmin qüvvələr müharibədən sonra bu tarixi qələbənin nəticələrini sosial problemlərə calamaq istədilər.


Bizə hələ çox qələbələr lazımdır. Onun üçün birlik, bir yerdə olmaq əbədi yolumuz olmalıdır. Bu yol isə dialoqdan, xüsusilə siyasi dialoqdan keçir.


Birlikdə olacağıqsa, Azərbaycan dövlətinə xarici basqılar azalacaq, hakimiyyət hər şeyi opponentləri ilə bölüşməyə məcbur olacaq, xalq başını dik tutacaq, müxalifət sözünü deyəcək, Dünya azərbaycanlıları qalib xalqın bir parçası olaraq dünyaya daha geniş inteqrasiya edəcək.  

 

Siyasi dialoqda media lazımdırmı... 

 

Siyasi dialoqlarda medianın rolu, bu sahədəki mövcud durum, perspektiv və görülməli olan məsələlər də diqqəti çəkən məqamlardandır. Çünki dialoqun 99 faizi media müstəvisində baş verir. Müsahibələr, müxtəlif məsələlərə münasibət sərgiləmək, təkliflə çıxış etmək elə dialoq deməkdir.


İndi medianın siyasilərin dialoquna nə qədər maraqlı olduğu, eyni zamanda siyasətçilərin mediada dialoq açmaq həvəsi fərqli fazaya keçib.


Çağdaş zamanda media deyəndə göz önünə klassik anlamdakı media qurumları deyil, sosial platformalar, interner resursları gəlir. Ancaq klassik mediada ciddilik, obyektivlik hakim idisə, sosial şəbəklərdə kütlə düşüncəsi, qaraguruh zehniyyəti “at oynadır”.


Bəzən elə düşünülür ki, sosial şəbəklər insanlar üçün “bedeva” özünü göstərmək, sübut etmək yeridir. Bu məqamda bir qədər düşünmək lazımdır. Ən azı Tramp və Tvitter nümunəsi var. Elə zənn etməyin ki, kiçik adamlarsınız, bu məkanda kimsənin sizinlə işi yoxdur. Bu şəbəkələri yaradanlar buranı niyə yönəltməsinlər ki...



Bəli, o başqa məsələ ki, indi internet resursları hər kəsə, o cümlədən siyasətçilərə özlərini ifadə etməyə məkan açır. Bu məkan isə elədir ki, əksər vaxt hətta siyasətçilər də “kütlə zehniyyəti”nin təsirində fəaliyyət göstərirlər. Sosial şəbəkələrdəki “qəhrəman”larla gerçək qəhrəmanlar çox fərqlidirlər. Bu fikirlərlə sosial şəbəkələrin rolunu azaltmaq niyətində deyilik. Bu, artıq hər birimizin həyat tərzidir...


Sadəcə, dialoq mövzusunda medianın gerçək tərəfini göstərməyə çalşdıq.

 
Və burada siyasət jurnalistlərini də unutmaq olmaz. Onlar siyasi dialoqda  media qurumlarından az rol oynamır. Nə yazıqlar ki, hazırda bu və digər səbəbdən jurnalistikaya yeni gələnlər siyasətdən uzaq durmağa çalışır, siyasət yazarı olmaq istəmirlər. Bu tendensiya bütün dünyada var.


Söhbət siyasi dialoqlarda medianın rolundan gedirsə, mövzuyla bağlı geniş müzakirələr açılmasına da ehtiyac var.

 

 

Elşad EYVAZLI 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin və Lukaşenko Qarabağı müzakirə etdi 15 Aprel 2021, 12:40 Şuşaya gedən “Zəfər yolu”ndan yeni xəbər var - FOTOLAR 15 Aprel 2021, 12:34 Yaddaşlarda qalan alim-pedaqoq 15 Aprel 2021, 12:28 Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin ofisindən oğurluq edildi 15 Aprel 2021, 12:22 Məşhur Məmmədov: “Paşinyanın fikirləri ermənilərin hansı niyyətdə olduqlarını göstərir” 15 Aprel 2021, 12:16 Əgər qazancın 25%-dən çoxu ərzağa xərclənirsə... - Yoxsulluqla bağlı hökumətə TƏKLİF 15 Aprel 2021, 12:10 “Ermənistan nə özünə, nə də tarixinə güvənir” - Çavuşoğlu 15 Aprel 2021, 12:05 Müdafiə Nazirliyi nəhəng soyuducu kameradan videogörüntülər YAYDI 15 Aprel 2021, 12:00 Diplomatlar peyvənd oluna bilmir? - Xarici İşlər Nazirliyi məsələyə AYDINLIQ GƏTİRDİ 15 Aprel 2021, 11:55 “Türk Hava Yolları” Rusiyaya uçuşları dayandırdı 15 Aprel 2021, 11:50 İki mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - Nazirlik 15 Aprel 2021, 11:44 Zərifə Əliyevanın anım günüdür 15 Aprel 2021, 11:38 Mərkəzi Seçki Komissiyasının səlahiyyəti bitdi 15 Aprel 2021, 11:32 “Osmanqızı TV” Tofiq Yaqublu ilə Əli Kərimlinin münasibətlərini pozub - İDDİA 15 Aprel 2021, 11:30 İtaliyalı deputatlar Gəncədə olublar 15 Aprel 2021, 11:28 Ermənistanda 6 hərbçini maşın vurdu – 2 ölü, 4 yaralı 15 Aprel 2021, 11:25 Yol polisi bir həftədə 19 şəhər və rayonda reydlər keçirib - sürücü və piyadalar cərimələnib 15 Aprel 2021, 11:23 Bəyanatların arxasında həm də xalqımızın iradəsi dayanır 15 Aprel 2021, 11:19 Ölkəmiz IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib 15 Aprel 2021, 11:15 “Azərenerji” “Yaşma” yarımstansiyasını yenidən qurur - VİDEO 15 Aprel 2021, 11:10 Azərbaycanda ata-oğul BIÇAQLANDI 15 Aprel 2021, 11:07 Azərbaycan hərbi təxribatlara hazır olmalıdır - ŞƏRH 15 Aprel 2021, 11:02 Goranboylular Vətən Müharibəsi qəhrəmanını belə qarşıladılar   15 Aprel 2021, 10:59 Saatlıda yas mərasiminə gedənlər cərimə ödəməli oldular 15 Aprel 2021, 10:56 Azərbaycanda yeni pambıq sortları yaradılacaq 15 Aprel 2021, 10:50 Laçının hansı kəndləri rusların nəzarətindədir? 15 Aprel 2021, 10:45 Qərbi Kaspi Universiteti Avropa İttifaqının tədbirində iştirak etdi 15 Aprel 2021, 10:40 “Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verdi 15 Aprel 2021, 10:36 Bakıda iki müəllimin koronavirusdan öldüyü TƏSDİQLƏNDİ - FOTOLAR 15 Aprel 2021, 10:31 Lukaşenko Azərbaycandan nə “qoparmaq” istəyir? 15 Aprel 2021, 10:26 Tənha qadının evinə basqın edən şəxslər SAXLANILDI 15 Aprel 2021, 10:21 Cəlilabadda ata öldürüldü - oğlu yaralandı 15 Aprel 2021, 10:16 Azərbaycan nefti bahalaşdı 15 Aprel 2021, 10:10 Karantində kökələn sənətçi: “Ali təhsilli aktrisa var ki, ali təhsilsiz ondan bacarıqlıdır” - MÜSAHİBƏ 15 Aprel 2021, 10:07 Ucarda ər arvadını ÖLDÜRDÜ 15 Aprel 2021, 10:03