Arxiv
2 mart 2021, 16:48 | AKTUAL
BMU-da Elmi Şuranın iclası keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib. 

 

Modern.az xəbər verir ki, BMU-nun rektoru, professor Havar Məmmədov çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, təhsil sistemində də islahatların yeni mərhələdə davam etdirildiyini vurğulayıb. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə son illərdə təhsilin maddi-texniki bazasının gücləndirildiyini, keyfiyyət göstəricilərinin daha da artdığını bildirən rektor, eyni zamanda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi istiqamətində görülən işlərdən danışıb.

 

Havar Məmmədov bugünkü iclasda 2020/2021-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri, təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də distant  tədrisin təşkili qaydalarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparılacağını, müvafiq qərarların qəbul olunacağını bildirib. Distant təhsil ilə  bağlı universitetdə bütün texniki imkanların mövcud olduğunu, bu işin daha da təkmilləşdirildiyini söyləyən rektor tələbələrin qiymətləndirilməsindən də söz açıb və tələbələrlə aparılan işin vacibliyinə toxunub.

 

BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov 2020/2021-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi yolları haqqında təqdimatla çıxış edib. Payız imtahan sessiyasının təşkili, həmçinin imtahanların keçirilməsi və qiymətləndirmə prosesinə toxunan prorektor imtahanlara nəzarət barəsində də məlumat verib. Bildirib ki, imtahan prosesində nəzarəti təmin etmək və imtahan prosesində ortaya çıxan texniki problemlər İnformasiya hesablama mərkəzi, eyni zamanda Distant təhsil və keyfiyyətin təminatı mərkəzi tərəfindən həll edilib.

 

Prorektor 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının uğurla nəticələnməsi barədə Şura iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, ötən illə müqayisədə pandemiya dövründə müvəffəqiyyət göstərisi xeyli yüksəlib. Belə ki, universitetin müvəffəqiyyət göstəricisi bakalavriat səviyyəsi üzrə 99.04 %, magistratura səviyyəsi üzrə 83.89 %, keyfiyyət göstəricisi isə bakalavriat səviyyəsi üzrə 96.24 %, magistratura səviyyəsi üzrə 76.67 % təşkil edib. H.Orucov imtahan prosesində şəffaflığın təmin olunması, tələbələrinin şikayətlərinin və təkliflərinin vaxtında cavablandırılması məqsədilə BMU-da Apellyasiya komissiyasının və Qaynar xəttin fəaliyyət göstərdiyini, eyni zamanda sessiya müddətində yarana biləcək neqativ halların operativ şəkildə araşdırılması məqsədilə İmtahan qərargahının yaradıldığını diqqətə çatdırıb.

 

BMU-nun Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru, dosent Cəmil Məmmədov Distant  tədrisin təşkili qaydalarının təkmilləşdirilməsi barədə danışıb. Təqdimatda dərslərin keçirilməsi, distant təhsilalma formasında universitetdaxili biliyin qiymətləndirilməsi ilə bağlı yeni qaydalarla iştirakçıları tanış edən C.Məmmədov,  həmçinin universitetdə distant tədrisin təşkilinə nəzarət haqqında məlumat verib. 

 

İclasda Elmi Şura üzvlərinin, tədrislə bağlı müvafiq struktur rəhbərlərinin gündəlikdə duran məsələlərlə bağlı fikirləri dinlənilib.

 

Sonda müzakirə olunan məsələlərlə əlaqədar qərarlar qəbul edilib, işlərin struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 6-cı günün duası - iftar və imsak vaxtı 19 Aprel 2021, 04:20 Avropada futbol qalmaqalı 19 Aprel 2021, 01:00 “Ayaks” 20-ci ölkə kubokunu qazandı 19 Aprel 2021, 00:50 Boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 19 Aprel 2021, 00:38 Türkiyədə meşə yanğınları PUA-larla izlənəcək 19 Aprel 2021, 00:22 Goranboyda karantinlə bağlı reyd keçirildi - FOTO 19 Aprel 2021, 00:05 Bakıda yol qəzası - xəsarət alan var 18 Aprel 2021, 23:56 Hərbi Qənimətlər Parkına insan axını: Girişdə uzun növbə yarandı - VİDEO 18 Aprel 2021, 23:40 Heydər Əliyev prospektində qəza tıxac yaratdı - FOTO 18 Aprel 2021, 23:23 İraqda hərbi bazaya raket hücumu - yaralananlar var 18 Aprel 2021, 23:18 Rusiya 20 Çex diplomatını ölkədən qovdu 18 Aprel 2021, 23:06 Messidən bir oyunda üç REKORD 18 Aprel 2021, 22:53 Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu 18 Aprel 2021, 22:40 Yol polisi Biləsuvarda reyd keçirdi - FOTO 18 Aprel 2021, 22:24 ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ 18 Aprel 2021, 22:08 Rusiya MN-dən Qarabağ AÇIQLAMASI 18 Aprel 2021, 21:56 İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05