Modern.az

Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub - FOTO

Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub - FOTO

2 Mart 2021, 17:49

Qarabağ həqiqətlərinin dünya mediasına çıxarılması istiqamətində fikir mübadiləsi aparılıb

 

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim Azərbaycan Mətbuat Şurasında olub.

Modern.az xəbər verir ki, qonağı salamlayan MŞ sədri Əflatun Amaşov Azərbaycanın media sahəsindəki beynəlxalq əməkdaşlığından söz açıb, bu baxımdan Qlobal Jurnalitslər Şurası ilə indiyədək olan əlaqələrin zəruriliyini önə çəkib.

Mehmet Ali Dim Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransındakı iştirakından, həmçinin işğaldan azad edilmiş bölgələrə səfərindən danışıb, təəssüratlarını bölüşüb.

Görüşdə Qarabağ həqiqətlərinin dünya mediasına çıxarılması istiqamətində fikir mübadiləsi aparılıb. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu fəaliyyətin müxtəlif istiqamətlərinə diqqət yetirilib.

Görüşdə eyni zamanda qarşıda duran məsələlərə nəzər salınıb, perspektiv əməkdaşlıq istiqamətləri barədə söz açılıb.

MŞ sədri Əflatun Amaşov Azərbaycan və Türkiyə mediası arasındakı əlaqələrin inkişafındakı  xidmətlərinə görə Mehmet Ali Dimi rəhbərlik etdiyi qurumun fəxri diplomu ilə təltif edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu