Arxiv
3 mart 2021, 17:44 | AKTUAL
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib

Martın 3-də  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycanın aparıcı texnoloji şirkətlərini birləşdirən Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) nümayəndələri ilə görüş keçiriblər.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, tədbirdə yeni şəraitdə İnformasiya Texnologiyaları ilə məşğul olan şirkətlərin fəaliyyəti, qlobal və yerli bazara innovativ, rəqabətqabiliyyətli, keyfiyyətli məhsul və xidmətləri təklif etmək məsələləri müzakirə olunub. Görüşdə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov və qurumu təmsil edən Rauf Həsənov (BestComp Group), İlham Namazov (Cybernet), Məhəmməd Zülfüqarlı (Ultra Technologies), Hikmət Abdullayev (IDRAK Technology Transfer Company), Vüsal Rüstəmov (İnnovasiyalar Mərkəzi), Yana Krimpe (B.EST Solutions) iştirak ediblər.

 

Qonaqları salamlayan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi, innovativ fəaliyyətin dəstəklənməsi iqtisadi siyasətdə prioritet məsələlərdəndir. Müasir dövrdə dünyada iqtisadi inkişaf “biliklərə əsaslanan iqtisadiyyat” mərhələsinə keçib və yaxın illərdə üstünlük innovativ potensialdan effektiv istifadə etməyi bacaran ölkələrdə olacaqdır.

 

Tahir Mirkişili əlavə edib ki, İKT ilə bağlı qanunvericiliyin təkmilləşməsi üzərində iş gedir, bu sahədə problemlər öyrənilir,  bir sıra qanunvericilik aktlarının hazırlanması istiqamətində işlər aparılır , qanun layihələri təhlil edilir, xarici ölkələrin təcrübəsi öyrənilir.

 

Görüşdə çıxış edən İqtisadi siyasət komitənin üzvləri Əli Məsimli və Elnur Allahverdiyev fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

 

Daha sonra görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.  

 

Sonda bu cür görüşlərin mütəmadi keçirilməsi və qanunvericilik sahəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə AZİNNEX arasında əməkdaşlığın qurulması qərara alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu 18 Aprel 2021, 22:40 Yol polisi Biləsuvarda reyd keçirdi - FOTO 18 Aprel 2021, 22:24 ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ 18 Aprel 2021, 22:08 Rusiya MN-dən Qarabağ AÇIQLAMASI 18 Aprel 2021, 21:56 İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05 Yoluxanların bu günə olan statistikası: 33 nəfər öldü 18 Aprel 2021, 17:02 Ombudsman autizmli şəxslərə dövlət qayğısı haqqında danışdı 18 Aprel 2021, 17:00 Gürcüstanda 13 günlük tətil elan olundu 18 Aprel 2021, 16:40 “Qarabağ” 15-ə çatdı 18 Aprel 2021, 16:34 Koronavirus xəstəsi ola-ola bazara gedən şəxs saxlanıldı 18 Aprel 2021, 16:19 Papa Fransisk Ukraynada gərginliyin artmasından danışdı 18 Aprel 2021, 16:09 "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"  18 Aprel 2021, 15:58 Azərbaycan çempionatında 1400-cü qolunu vurdu 18 Aprel 2021, 15:46 Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır   18 Aprel 2021, 15:37 ABŞ-da barda atışma: ölənlər var 18 Aprel 2021, 15:25 “Kuwait Times”  Qarabağ münaqişəsindən yazdı 18 Aprel 2021, 15:14 Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək 18 Aprel 2021, 15:05