Arxiv
4 mart 2021, 13:38 | QARABAĞ
Azərbaycan Ordusunda ciddi islahat aparılır - Türkiyə modeli əsas götürüldü

Azərbaycan İkinci Qarabağ savaşını qalib olaraq bitirdi. Döyüş meydanında zəfər çalan Azərbaycan ordusunu daha da gücləndirmək üçün tədbirlər görülür.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a bildirib ki, Türkiyə Ordusunun modeli Azərbaycan Ordusu üçün nümunə götürüləcək:

"Böyük təcrübəyə malik olan qardaş dövlət Türkiyənin təcrübəsindən, ordu quruculuğundan, yanaşmalarından geniş istifadə olunacaq. Deməzdim ki, Azərbaycan Silahlı Qüvvələri tam dəyişəcək, sadəcə, müharibədən irəli gələn təhlil aparıldı və o təhlilin nəticəsi olaraq Azərbaycan Ordusunda müəyyən islahatlar, təkmilləşdirmə prosesi gedəcək. Bu prosesin bütün sahələr üzrə aparılması nəzərdə tutulur - döyüş hazırlığı, planlar, quruluş, ştat strukturu, silah, texnika və s.
Prezident İlham Əliyevin məqsədi Azərbaycanda daha da güclü Ordunun qurulmasıdır. Bizim üçün təcrübəli Türkiyə Ordusu və müharibə sınağındanda keçmiş öz Ordumuz var".

Hərbi ekspert Ədalət Verdiyev də bu mövzudan danışıb:

“Son döyüş əməliyyatlarında Azərbaycan Türkiyə ilə birgə təlimlərdə əldə etdiyi təcrübəni tətbiq etdi. Azərbaycanla Türkiyə arasında olan münasibətlər gələcəkdə bu addımların genişlənməsini göstərir. Ümumilikdə isə Azərbaycan Ordusunun Türkiyə Ordusunun kiçik bir modeli kimi formalaşdırılması bizim Silahlı Qüvvələrin gələcəkdə daha kompaktlaşmasında müsbət rol oynayacaq. Bu proses ordunun silahlanmasına öz təsirini göstərəcək, həm də ordumuzun ştat, struktur dəyişikliklərinə məruz qalması ilə müşayiət olunacaq. Hazırda real addımlar atılır”.



Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05 Yoluxanların bu günə olan statistikası: 33 nəfər öldü 18 Aprel 2021, 17:02 Ombudsman autizmli şəxslərə dövlət qayğısı haqqında danışdı 18 Aprel 2021, 17:00 Gürcüstanda 13 günlük tətil elan olundu 18 Aprel 2021, 16:40 “Qarabağ” 15-ə çatdı 18 Aprel 2021, 16:34 Koronavirus xəstəsi ola-ola bazara gedən şəxs saxlanıldı 18 Aprel 2021, 16:19 Papa Fransisk Ukraynada gərginliyin artmasından danışdı 18 Aprel 2021, 16:09 "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"  18 Aprel 2021, 15:58 Azərbaycan çempionatında 1400-cü qolunu vurdu 18 Aprel 2021, 15:46 Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır   18 Aprel 2021, 15:37 ABŞ-da barda atışma: ölənlər var 18 Aprel 2021, 15:25 “Kuwait Times”  Qarabağ münaqişəsindən yazdı 18 Aprel 2021, 15:14 Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək 18 Aprel 2021, 15:05 İranda Ordu Günü qeyd edilir 18 Aprel 2021, 15:04 Ukrayna Kiyevdən rus səfiri qovur 18 Aprel 2021, 14:51 Premyer Liqanı tərk edən ilk klub bəlli oldu 18 Aprel 2021, 14:44 Birinci xanım Eldar Quliyevin dəfn mərasiminə əklil göndərdi 18 Aprel 2021, 14:35 Gürcüstan da silkələndi 18 Aprel 2021, 14:25 İranda koronavirusdan ölənlərin sayı açıqlandı 18 Aprel 2021, 14:10 Suriyada keçiriləcək prezident seçkilərinin tarixi açıqlandı 18 Aprel 2021, 13:59 Xarici ölkələrdəki azərbaycanlı jurnalistlər bir araya gəldi 18 Aprel 2021, 13:51 “Azərbaycan üçün ağır gündür” - Azərpaşa Nemətov 18 Aprel 2021, 13:45 Rejissor Eldar Quliyev dəfn olundu 18 Aprel 2021, 13:35