Modern.az

“Tac” çay evinin icrədarı və müştəriləri CƏRİMƏLƏNDİ 

“Tac” çay evinin icrədarı və müştəriləri CƏRİMƏLƏNDİ 

4 Mart 2021, 17:04

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəhərin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi “Tac” çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. 

 

İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.

Sizə yeni x var
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı