Modern.az

Helikopter qəzasında həlak olan general kimdir? - FOTO

Helikopter qəzasında həlak olan general kimdir? - FOTO

5 Mart 2021, 00:24

Türkiyənin Bitlis bölgəsi Tatvan mahalında qəzaya uğrayan hərbi helikopterdə həlak olan hərbçilər arasında 8-ci korpus komandiri general-leytenant Osman Erbaş da var. 

 

Modern.az NTV-yə istinadla xəbər verir şəhid general-leytenant xidmət etdiyi vilayətlərdə xalqın sevgisini qazanan bir hərbçi olub.

 

Elazığ 8-ci ordu korpusunun komandiri general-leytenant Osman Erbaş təxminən 5 ildir bu vəzifədədir.

 

Yozgat Yerköydə anadan olan şəhid komandir məmləkətindəki orta məktəbdə təhsil alıb.

Karyerası boyunca bir çox vilayətdə vəzifəsini müvəffəqiyyətlə yerinə yetirən Osman Erbaşın son iş yeri Elazığ idi.

 

O, 2016-cı ildə general-mayor rütbəsi ilə Adana 6-cı Mexanikləşdirilmiş Piyada Diviziyası komandiri vəzifəsini icra edirdi.

 

Türkiyədə 15 İyul çevriliş cəhdi zamanı şəhid olan polis və əsgərlərin cənazələrindəki çıxışında çevrilişçilərə reaksiya verərək, "Türk əsgərləri qatil deyil. Onlar türk əsgərləri deyil. Qatillər" deyərək şəhid ailələrinə sarılıb onlara təsəlli vermişdi.

 

Qeyd edək ki, martın 4-də Türkiyə ordusuna məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində 11 hərbçi həlak olub, 2 nəfər yaralanıb.

 

Turan ASLAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır