Arxiv
5 mart 2021, 12:46 | QARABAĞ
Rusiya Qarabağa qaytarılan ermənilərin sayını ŞİŞİRDİR - Xankəndidə aclıqdır

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı (UNHCR) son hesabatında Dağlıq Qarabağa qayıtmış və qaytarılmış erməni köçkünlərlə bağlı statistikanı açıqlayıb.

Əsas mənbə olaraq Rusiya Müdafiə Nazirliyinin, Xankəndidəki separatçıların və UNHCR-in özünün rəqəmlərdən istifadə olunub.

Modern.az-ın məlumatına görə, araşdırmaçı jurnalist Elçin Alıoğlu bildirib ki, hesabatdan bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin Xankəndinə qayıtmış və qaytarılmış ermənilərlə bağlı bəyan etdiyi statistik rəqəmlər ən azı 2 dəfə şişirdilib.

“Belə ki, sözügedən nazirlik Qarabağa təqribən 50 min erməninin qayıtdığını bəyan etsə də, UNHCR-in hesablamalarına görə, bu ermənilərin sayı 20 mindən artıq deyil.

Üstəlik, ötən ilin dekabr ayının ortalarından etibarən erməni qaçqınları daşıyan və İrəvan-Xankəndi marşrutu ilə hərəkət edən avtobusların sayı həddən ziyadə azalıb.

Ekspertlər hesab edirlər ki, qarabağlı ermənilər Qarabağda daimi yaşamaq istəməyən və imkan düşən kimi, Ermənistana, yaxud Rusiyaya yollanmaq istəyənlərin sayı sürətlə artır.

Qarabağa qayıdan ermənilərin təxminən 40 faizi isə sadəcə, evlərini və daşınan əmlaklarını sataraq geriyə, Ermənistana qayıtmaq üçün Xankəndinə yollanıblar”.

 
Elçin Alıoğlu deyir ki, Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində, xüsusilə də Xankəndidə ərzaq məhsulları və ələlxüsus da çörək qıtlığı hiss olunur.

Xankəndindəki "Dirçəliş" Meydanında yerli ermənilər etiraz aksiyası keçiriblər. Onların əksəriyyəti Ağoğlan (Hadrut) rayonundan olan şəxslər olub.
Ermənilər yaşamaq üçün normal sosial şəraitin yaradılmasını tələb ediblər:

"Onlar deyirlər ki, ya normal yaşamaq üçün şərait yaradılsın ya da geriyə, indi Azərbaycannın nəzarətindəki ərazilərə qayıdış üçün imkan verilsin.
Xankəndidəki separatçıların nümayəndəsi Metakse Akopyanın dediyinə görə, ötən ay da analoji aksiya olmuşdu.
Ağoğlandan olan ermənilər Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandanı, general-leytenanrt Rüstəm Muradova kollektiv məktub ünvanlayıblar.
"Biz o rayonun sakinləriyik və evlərimizə qayıtmaq üçün şərait yaradılmalıdır. Dedilər ki, məsələ müzakirə olunur. Amma hələ də cavab yoxdur. Sosial vəziyyət çox ağırdır, dalana dirənir. Heç bilmirəm bu dalandan necə çıxacağıq", - M.Akopyan söyləyib".

Araşdırmaçı bildirir ki, Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə ermənilərin normal yaşayış şəraitləri yoxdur:

"Hazırda Xankəndidə kirayə ev və ya mənzillərin minimal aylıq qiyməti 150 min erməni dramı, yəni 285 ABŞ dollarıdır. Evsiz-eşiksiz qalmış ermənilərə isə ayda cəmi 60 min dram məbləğində yardım verilir.
Havalar soyuqdur və evlərin qızdırılması ilə bağlı ciddi çətinliklər var.
Üstəlik, çörək qıtlığı da var.
Hər şarabağlı erməniyə ayda 68 min dram veriləcəyi deyilir. Lakin bu pulların yalnız mart ayının sonlarında ödəniləcəyi bəyan edilib. Ermənilər bu vədə də inanmırlar.
Hazırda Xankəndidə 20 min erməni evsiz-eşiksizdir. Onların yaxın müddətdə yaşayış yerləri ilə təmin ediləcəkləri illüziyadır".


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00 Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO 20 Aprel 2021, 18:53 Azərbaycanda saxlanan erməni hərbçilərə qohumları ilə əlaqə qurmağa imkan YARADILDI 20 Aprel 2021, 18:47 İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib 20 Aprel 2021, 18:38 Havada tozun miqdarı normadan artıqdır 20 Aprel 2021, 18:30 Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB 20 Aprel 2021, 18:22 Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olunub 20 Aprel 2021, 18:16 Nazirlikdən “Sovetski” sakinlərinin iddialarına CAVAB 20 Aprel 2021, 18:10 İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi” 20 Aprel 2021, 18:04 Minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquqa ziddir 20 Aprel 2021, 17:54 İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır 20 Aprel 2021, 17:48 Prezidentin Hacıqabul səfərindən FOTOLAR 20 Aprel 2021, 17:42 Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib  20 Aprel 2021, 17:36 İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar? 20 Aprel 2021, 17:32 Hərbi Prokurorluq itkin hərbçilərimizin sayını AÇIQLADI 20 Aprel 2021, 17:30 Nazirlik rəsmisi: Bakının yalnız 50-55 faizində kanalizasiya şəbəkəsi var 20 Aprel 2021, 17:28 Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq 20 Aprel 2021, 17:24 Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU 20 Aprel 2021, 17:18 “Acınohur” gölü quruyur 20 Aprel 2021, 17:12 Məhkəmə Rövşən Əkbərovun vəsadətini rədd etdi 20 Aprel 2021, 17:06 İranda prezident Ruhaniyə qarşı İTTİHAM 20 Aprel 2021, 17:00 Xankəndidə erməni qız rus sülhməramlıdan HAMİLƏ QALDI 20 Aprel 2021, 16:54 İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ 20 Aprel 2021, 16:53