Modern.az

ÜST koronavirusla bağlı son statistikanı açıqladı

ÜST koronavirusla bağlı son statistikanı açıqladı

Aktual

7 Mart 2021, 00:21

Dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı son sutka ərzində 353 mindən çox artıb.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, ötən sutka ərzində 353 528 nəfər yeni koronavirusa yoluxub, 7 192 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 115 653 459, ölənlərin isə 2 571 823 nəfərə çatıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı