Modern.az

\"Barselona\"ya yeni prezident seçildi

\

8 Mart 2021, 03:33

İspaniyanın "Barselona" idman klubuna prezident seçkiləri başa çatıb.

 

Modern.az xəbər verir ki, Seçkilər Komitəsinin rəsmi açıqlamasına görə, Joan Laporta seçkilərdə 54.3 faiz səs üstünlüyü ilə "Barselona"nın yeni prezidenti seçilib.

O, 2026-cı ilədək kluba rəhbərlik edəcək.

Xatırladaq ki, Laporta 2003-2010-cu illərdə də "Barselona"nın prezidenti olub. Onun rəhbərliyi altında "Barselona" 7 il ərzində 4 La Liqa, 1 Copa del Rey, 3 İspaniya Super Kuboku, 2 Çempiyonlar Liqası, 1 UEFA Super Kuboku, 1 Kulublararası Dünya Kuboku qazanıb.

 

Qeyd edək ki, İspaniya vaxtı ilə gecə saat 12-dək keçirilən seçkilərdə 800-ə yaxın klub işçisi iştirak edib.

Prezidentlik uğrunda üç namizəd - Joan Laporta, Viktor Font və Toni Freyşa mübarizə aparırdı.

 

T.İSMAYIL

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi