Modern.az

Bizimkilər: “Jurnalistika sözlə ifadə olunacaq sahə deyil” - Əməkdar jurnalist

Bizimkilər: “Jurnalistika sözlə ifadə olunacaq sahə deyil” - Əməkdar jurnalist

Media

12 Mart 2021, 08:50

Modern.az saytında  “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın budəfəki qonağı “Lider” TV-nin aparıcısı Aynurə Vəliqızıdır.

-Aynurə xanım, əvvəlcə özünüz haqqında qısa məlumat verin.

- Mən, Aynurə Vəliqızı 1981-ci ildə Bakı səhərində anadan olmuşam. 20 ildir televiziyada çalışıram. Cenab Prezident tərəfindən “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm.


- Maraqlıdır, mətbuata gələndə ilk iş yerinizi necə seçdiniz, təsadüf , yoxsa tanışlıq hesabına?

- 20 il ərzində heç vaxt tanışlıq yolu ilə heç bir kanalda çalışmamışam. Yeganə sahədir ki, bacarığın və istedadın olmasa, sənə heç kim kömək edə bilməz.

AzTV telekanalı ilk iş yerim olub və həqiqətən böyük təsadüf nəticəsində 3-cü kursda oxuyarkən ana televiziya qapılarını mənim üzümə açdı. Və bu gün də üzərimdə əməyi olan insanları hörmətlə anıram.


- Uzun müddətdir jurnalistika sahəsində çalışırsınız. Bu sahəni sizə sevdirən nədir? Uşaqlıq arzusudurmu?

- Bu sahəni mənə anam sevdirib, her sey onun istəyi ilə olub. Təhsil və daha sonra fəaliyyətim ona aiddir. Yəni, uşaqlıq arzum olmayib. Amma çalışmağa başladığım ilk günlərdən işimi o qədər sevdim ki, düşünürəm ki, başqa heç bir sahədə işləyə bilməzdim.



- Bir neçə yerli telekanalda işləmisiniz. Bunlardan ən yadda qalanı və sizə ən doğması hansı olub?

- Hər zaman deyirəm, mənim ən böyük uğurlarım “Lider” TV-də olub. Həm də ən böyük missiyam gənclərə yol açmaq, onlara bildiklərimi öyrətmək istəyim də “Lider”də reallaşdı. Bəlkə ona görə ən doğması da elə bu teleməkandır.


- Jurnalistika peşəsini seçdiyiniz zaman bu məsələyə ailənizin münasibəti necə olmuşdu?


- Mənim bu mövqedə olmağımın səbəbi atamla, anamın istədiyir. Əslində onu qeyd edə bilərəm ki, bütün həyatım boyu onların istəklərini reallaşdırmaq üçün çalışmışam.


- Bildiyimizə görə, ailəlisiniz. Bəs həyat yoldaşınızın işlədiyiniz peşəyə münasibəti necədir?

- Ailə qurduğum zaman televiziyada aparıcı kimi fəaliyyət göstərirdim. Buna görə də həyat yoldaşım işimə yüksək qiymət verərək mənimlə ailə qurub.


- Çalışdığınız peşəni bir cümlə ilə ifadə edin desək, necə ifadə edərsiniz?

- Çalışdığım peşə əslində bir cümlə ilə ifadə olunacaq sahə deyil. Amma onu deyə bilərəm ki, hörmət və başucalığı gətirən bir peşəyə sahibəm.


- Sizin fikrinizcə, əsl jurnalist olmaq istəyən şəxs ən çox nələrə diqqət etməldir?


- Əsl jurnalist olmaq üçün bu sənəti sevmək və öz üzərində durmadan çalışmaq lazımdır.



Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar