Modern.az

Universitetin əməkdaşı koronavirusdan vəfat etdi - FOTO

Universitetin əməkdaşı koronavirusdan vəfat etdi - FOTO

13 Mart 2021, 17:00

Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında koronavirusdan vəfat edib.

 

Bu barədə Modern.az-a Universitetin mətbuat katibi Sevinc İsgəndərova məlumat verib.

O qeyd edib ki, Rəna Kərimova 1963-cü ildə Bakıda anadan olub:

"1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.

AzTU-nun rəhbərliyi və kollektivi Rəna Kərimovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir".

Allah rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub