Arxiv
26 mart 2021, 12:53 | REPORTAJ
Ermənilərlə əlbəyaxa DÖYÜŞ - Talış-Suqovuşan istiqamətinə açılan YOL – II HİSSƏ

Qanları ilə tarix yazanlar...

 (Yazının I hissəsi burada)

Sentyabrın 27-də polkovnik-leytenant Bayram İbişovun rəhbərlik etdiyi kəşfiyyat bölüyü tank bölüyünün dəstəyi ilə Talış kəndi istiqamətində 482 yüksəkliyini ağır döyüşlərdən sonra düşməndən azad etdi. Bu, həmin istiqamətdə işğalçı qüvvələrdən ilk azad edilən iki yüksəklikdən biri idi.


Briqada komandiri polkovnik-leytenant Səxavət Baxışovun rəhbərlik etdiyi ikinci qrup isə 831 yüksəkliyinə doğru hərəkət etdi. Bu istiqamətdə düşmən ciddi müqavimət göstərir, hərbçilərimizin irəliləməsinə mane olur, mövqeylərimizi minaatanlar və toplarla atəş altında saxlayırdı. Ağır döyüşlər nəticəsində 1  tankımız vuruldu, müddətdən artıq xidmət edən hərbi qulluqçulardan (MAXE) yaralananlar oldu. Birbaşa hücumu davam etdirmək isə təhlükəli idi, çünki həm texnika, həm də canlı qüvvə itkimiz çox ola bilərdi.

 

Qarşıya qoyulmuş döyüş tapşırığı yerinə yetirilməli idi

 

Yüksəklik isə alınmalı, briqadanın qarşısına qoyulmuş döyüş tapşırığı yerinə yetirilməli idi. Döyüşdə tabor komandiri Ramin Quliyev yaralandıqdan sonra döyüş hazırlığı bölməsinin rəis müavini, mayor Şahmar Hacıyev da hücuma qoşuldu.

O həmin günləri belə xatırlayır:

- Sonrakı hərəkət planı müzakirə edilərkən briqadanın döyüş hazırliğı bölməsinin rəisi Əfqan Abdurahmanov briqada komandiri Səxavət Baxışova təklif etdi ki, qruplar yaradaraq, düşmənin arxa tərəfinə keçib gözlənilmədən hücum edilsin. Komandir təklifi qəbul etdi, zabitlər, gizirlər və əsgərlərdən ibarət qruplar yaradıldı. Qruplar ara məsafələri saxlamaqla müxtəlif istiqamətlərdən düşmən arxasına keçdi. Burada onların möhkəmləndirilmiş postu vardı.


“Yal taxılı” postunda düşmən ciddi müqavimət göstərdi. Qrupların əzmkarlığı və cəsarəti ermənilərin müqavimətini qırdı. Səngərə girən polkovnik-leytenant Əfqan Abdurahmanov qarşısına çıxan iki erməni hərbçisindən daha cəld tərpənərək,  onlara doğru iki qumbara atdı. Nəticədə düşmən əsgərlərindən biri tikə-tikə oldu, yerindəcə öldü, digəri isə ağır yaralandı. O, yaralı halda tapançasını çıxarıb əsgərlərimizə doğru atəş aşmaq istəsə də, buna nail ola bilmədi. Əfqan Abdurahmanov ayağı ilə onun əlinin üstündən basaraq atəş açmasına imkan vermədi. Öz silahı ilə düşmənin başından vurub zərərsizləşdirdi.


Digər qruplar da müqavimət göstərən erməni əsgərlərini məhv etdilər. Düşmən məhv edildikdən sonra onlar da posta girdilər. Postda 5 nəfər öldürülmüş düşmən əsgəri vardı ki, onlardan da 1-i zabit idi.


Bu əməliyyatın uğurla həyata keçirilməsində polkovnik-leytenant Səxavət Baxışov və onun 7 nəfərdən ibarət könüllülərdən (2 taborun əsgərləri) ibarət qrupu, polkovnik-leytenant Əfqan Abdurahmanovun, döyüş hazırlığı bölməsi rəisinin müavini mayor Şahmar Hacıyevin qrupları fərqləndilər. Qərargah rəisi, polkovnik- leytenant Elxan Hüseynov qolundan güllə yarası alsa da, döyüşdə sonadək iştirak etdi və yaralı vəziyətdədə səngərə girdi.  


“Yal taxılı” postunun işğalçı qüvvələrdən azad edilməsi ordumuzun 1353 yüksəkliyinə irəliləməsi üçün əlverişli şərait yaratdı və imkan verdi ki, sonrakı tapşırığı uğurla yerinə yetirə bilək.


Həmin gün Səxavət Baxışov bildirdi ki, tabor komandiri mayor İntiqam Əmirov, hərbi hissənin komandir müavini Ruslan Heydərov  və 4-cü tabor postda qalacaq.


Artıq hava qaralmışdı, gecə saat 12:00-da qalan qruplar əvvəlki mövqeyinə qayıtdılar. Səxavət Baxışov hücuma ara verməyib Arakəsər dağının üstünə çıxdı, Suqovuşanı mühasirəyə almaq üçün 1353 yüksəkliyinə doğru irəliləmək əmri verdi.

 “Ağ uçuq”da 4-cü tabor pusqudan qurtuldu


Polkovnik-leytenantlar Bayram İbişov və Əfqan Abdurahmanov

Sentyabrın 28-i səhər saat 05:00-da döyüş tapşırığına əsasən, 1353 yüksəkliyinə hücum əməliyyatı başladı. Bu zirvə azad edilməli idi ki, həm də Ağ uçuq zirvəsinə olunan əks-hücumlar səngisin və əlaqə yolları vurulmasın. Polkovnik-leytenant Əfqan Abdurahmanovun rəhbərliyi ilə hərbçilərimiz döyüş tapşırığını yerinə yetirmək üçün hərəkətə başladı. İşğalçı qüvvələrin müqavimətinə baxmayaraq,  onların 8 mövqeyi ələ keçirildi. Əsgərlərimizi atəş altında saxlayan düşmənin 82 mm-lik minaatan batareyası məhv edildi, yol boyu geri çəkilən işğalçı ordunun canlı qüvvəsi vuruldu.


Bu vaxt “Yal taxılı” postundan köməyə gələn mayor İntiqam Əmirovun 4-cü taboru “Ağ ucuq” deyilən yerdə, yolun döngəli hissəsində düşmənin kəşfiyyat-diversiya qrupu tərəfindən pusquya düşürüldü.


Polkovnik-leytenant Əfqan Abdurahmanov 1 tank və 2 manqa ilə onun köməyinə getdi. Erməni kəşfiyyat-diversiya qrupu ilə döyüşə girən əsgərlərimiz onlara ağır zərbə vurdu, düşmən ağır itki verərək, döyüş meydanından qaçmalı oldu.  Beləliklə, Əfqan Abdurahmanovun rəhbərliyi ilə 4-cü tabor pusqudan çıxarıldı və hərbçilərimiz axşamüstü, saat 19:00-20:00 radələrində yenidən yuxarı, yüksəkliyə qalxdılar.


Yüksəkliyin Ermənistan silahlı qüvvələrindən təmizlənməsi barədə korpus komandiri general-mayor Hikmət Həsənova məruzə olundu. Komandir şəxsi heyyəti strateji yüksəkliyi azad etməsi münasibəti ilə təbrik etdi.


Gecə mövqelərimizə 5 dəfə basqın oldu

Düşmən 1353 yüksəkliyini geri qaytarmaq məqsədilə bir neçə əks-hücum əməliyyatı keçirdi. Bu əks-hücumlarda əsasən düşmənin xüsusi təyinatlıları iştirak edirdi. Onların qəfil hücumu zamanı yaxın məsafədə başlayan açıq döyüşdə yüksəkliyə çıxarılan 1 tankımız sıradan çıxarıldı, lakin ağır döyüşdə şəxsi heyət itkisi olmadı.


Briqadanın döyüş hazırlığı bölməsinin rəis müavini, mayor Şahmar Hacıyevin bildirdiyinə görə, gecə mövqeylərimizə 5 dəfə basqın oldu, lakin düşmən hücumlarının qarşısı müvəfəqiyyətlə alındı. Düşmən böyük itkilər verərək geri çəkilməli oldu. Hərbçilərimiz polkovnik-leytenant Əfqan Abdurahmanovun rəhbərliyi ilə 1353 yüksəkliyini böyük şücayətlə müdafiə etdi, ciddi itkilər verilsə də, yüksəklik qorundu, düşmənin hücumları dəf edildi. Böyük strateji əhəmiyyətli çox önəmli yüksəklik bizdə qaldı.



Polkovnik-leytenant Soltan Məmmədov

1353 yüksəkliyi eyni zamanda Talış yaşayış məntəqəsinin əldə saxlanılması üçün böyük strateji əhəmiyyətli yüksəklik idi. Yüksəkliyi müdafiə etmək üçün yenidən qruplar yaradıldı. Polkovnik-leytenant Əfqan Abdurahmanov, polkovnik-leytenant Soltan Məmmədov, mühəndis xidməti rəisinin köməkşisi Rəhman Cəbiyev, maddi-texniki təminat üzrə komandir müavini, mayor Bəhruz Qələmiyev və mayor Şahmar Hacıyevin rəhbərliyi ilə əsgərlərimiz yenidən müdafiə mövqeyi qurdular, müxtəlif istiqamətlərdən yüksəkliyin müdafiə və mühafizəsi təşkil edildi. Düşmənin bir addım irəliləməsinə imkan verilmədi. Bir müddət sakitlik yarandı.


Sentyabrın 29-u gündüz saat 10:00-11:00 radələrində hərbçilərimizin bir qrupunun silahlarını təmizlədiyi, bir qrupunun da bölgə və döyüş növbəsi apardığı bir vaxtda bir mərmi atıldı  və o mövqeyimizdən xeyli uzağa düşdü. Polkovnik-leytenant Əfqan Abdurahmanov mərminin uzağa düşdüyüni görüb “düşmən başqa yeri vurur, Baradat meşəsi tərəfi” dedi.


İkinci mərmi atılandan sonra yüksəkliyə qalxan yolun döngə tərəfindən düşmən 1 tank, 1 BMP və 30 nəfərdən artıq canlı qüvvə ilə hücuma keçdi.


Kəhrilər (Kəhillər) xarabalığı yaxınlığında qanlı, əlbəyaxa döyüş başladı. Çox qızğın, ölüm-dirim döyüşü idi, düşmənin irəliləməsinə imkan vermək olmazdı. Maddi-texniki təminat üzrə komandir müavini, mayor Bəhruz Qələmiyev döyüşdə fəal iştirak edirdi. Hərbi hissənin həkimi, kapitan Qafur Həsənov tibb işçiləri ilə birlikdə xüsusi qəhrəmanlıq göstərərək yaralıları döyüş meydanından çıxarıb ilk tibbi yardım göstərirdilər. Döyüş hazırlığı bölməsinin operatoru Qaçay Abdullayev, idman rəisi Fərid də qəhrəmanlıq göstərdilər.

 

Çox təhlükəli, çıxılmaz vəziyyət  yaranmışdı

Zirehli texnikanın mövqeyimizə girməsinə imkan vermək olmazdı. İlk növbədə onlar sıradan çıxarılmalı, sonra canlı qüvvə məhv edilməli idi. Əsgər Oruc İbişli yaxın məsafədən qumbaraatanla tankı vurdu. Xeyli irəli soxulmuş BMP-2 isə daha böyük təhlükə yaratdı. Çox təhlükəli, çıxılmaz vəziyyət  yaranmışdı. BMP-2-dən durmadan mövqelərimizə atəş açılırdı.


Zerehli texnika məhv edilməli idi, əks halda itkilərimiz çox olacaqdı. Bu ağır və təhlükəli vəziyyətdə müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir Nəriman Atakişiyev böyük qərəmanlıq göstərdi. O, gözlənilmədən aralıda yerləşən BTR-82A-ya minərək onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürdü. Düşmənin BMP-2 maşınındakı heyət nəyin baş verəcəyini anlayana qədər əsgərimiz idarə etdiyi BTR-i düşmənin döyüş texnikasının üstünə mindirdi və onun qülləsinin hərəkətini məhdudlaşdırdı. Bundan sonra əsgərlərimiz düşmən texnikasına doğru hər tərəfdən  əl qumbaraları atdı. Qarışıqlıqdan istifadə edən Əfqan Əbdurahmanov, Soltan Məmmədov mövqelərindən çıxaraq düşmən BMP-2-nə tərəf qaçaraq "lyuk"dan içəri əl qumbaraları atdılar və beləcə içəridə olan düşmən əsgərləri məhv edildi. BMP-2-də 6 desant,  1 sürücü, 1 tuşlayıcı zərərsizləşdirildi


Düşmən texnikasını sıradan çıxaran Nəriman Atakişiyev isə ağır yaralandı. İşğalçı ordunun əsgərləri geri çəkilməli oldu.

 

Düşmən mövqelərimizi kamera ilə izləyirdi

 

Bundan sonra Ətək tərəfdən düşmən bizim mövqelərə doğru böyük qüvvələrlə hücuma keçməyə başladılar. Sanki bizim boşluqları bilir, bizim daha çox itki verməyimizə çalışırdılar.
Bu, briqadanın döyüş hazırliğı bölməsinin rəisi, polkovnik-leytenant Əfqan Abdurahmanovun diqqətini çəkdi:


- Bunlar haradan bizi görür, zəif nöqtələrimizi haradan bilirlər?


Bu təhlükəli vəziyyətin, itkilərin qarşısı vaxtında alınmalı idi. Əfqan Abdurahmanov çıxış yolu axtararkən meşədəki ağacların birində quraşdırılmış gizli kamera diqqətini çəkdi. Bundan sonra əmr etdi ki, ətrafdakı bütün ağaclar yoxlanılsın və aşkar olunan kameralar məhv edilsin. Axtarış nəticəsində düşmənin ağaclarda quraşdırdığı 2 kamera aşkar edildi və düşmənin hərbçilərimizi izləməsinin qarşısı alındı. O kameralar yığışdırıldıqdan sonra düşmən basqıları bir az səngidi. Bundan sonra  polkovnik-leytenant Əfqan Abdurahmanov yüksəkliyin ətrafının minalanması barədə əmr verdi.


Mühəndis-istehkam xidmətinin köməkçisi Rəhman Cəbiyev Əfqan Abdurahmanovun qərarına uyğun olaraq meşənin ətrafını minaladı.


Sonra 1353 yüksəkliyi başqa hərbi hissəyə təhvil verildi. Bundan 1-2 saat keçməmiş düşmən yenidən hücuma keçdi. “Ağ ucuq”da 10-və 12 bölük hücuma məruz qaldı. Amma bütün çətinliklərə və itkilərə baxmayaraq, yüksəkliyin düşmən tərəfindən tutulmasına imkan verilmədi.  


Beləliklə, bölmələrimiz Arakəsər dağına çıxaraq ermənilərin 6-cı və 7-ci alaylarının əlaqəsini kəsib Suqovuşanın arxasındakı hakim yüksəkliklərə çıxdılar.


Bu döyüşdə polkovnik-leytenant Əfqan Abdurahmanov necə peşəkar zabit olduğunu bir daha sübut etdi.


(ardı var)

Pünhan Əfəndiyev 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyatı - vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18 Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR 17 May 2021, 17:17 “Bank of Baku” da qəfil dəyişiklik 17 May 2021, 17:14 Paşinyanın xarici ölkə liderlərinə zəngləri davam edir 17 May 2021, 17:14