Modern.az

Hesablama Palatasının hesabatına baxılacaq

Hesablama Palatasının hesabatına baxılacaq

Parlament

5 Aprel 2021, 10:02

Hesablama Palatasının 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı Milli Məclisdə müzakirə olunacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında Hesablama Palatasının hesabatına baxılacaq.

Məlumat üçün bildirək ki, Hesablama Palatasının hesabatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə daxil olub.

Aprelin 8-də keçiriləcək həmin iclasa parlamentin 5 komitə sədri də qatılacaq.

Eyni zamanda, ictimai sektorda çalışan nümayəndələr də Hesabalama Palatasının fəaliyyətinin müzakirəsində iştirak edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı