Arxiv
8 Aprel 2021, 12:07 | PARLAMENT
Milli Məclisin ən gənc üzvü: “Yaşlı və təcrübəli deputatlarla ayaqlaşmağa çalışıram” - MÜSAHİBƏ

Milli Məclisin ən gənc deputatı Səbinə Xasayeva Modern.az-a müsahibə verib.

Arayış: Səbinə Səməd qızı Xasayeva 30 mart 1993-cü il tarixdə anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dillər Universitetində ali təhsil alıb. 2014-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA üzrə magistr təhsili alıb. İngilis və norveç dillərini bilir.
2020-ci ildə 12 saylı Qaradağ-Binəqədi-Yasamal-Qaradağ müştərək seçki dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvüdür. Ailəlidir.


- Səbinə xanım, parlamentin ən gənc deputatısınız. Haqqınızda bir qədər geniş məlumat bilmək istərdik. Səbinə Xasayeva kimdir?

- Mən Qaradağ rayonu Lökbatan qəsəbəsində sadə və zəhmətkeş bir ailədə anadan olmuşam. Bu mənə həyatda və cəmiyyətdə layiqli yer tutmağıma və uğurlar qazanmağıma həmişə dayaq olub. Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbi bitirdikdən sonra elə həmin il, yəni 2010-cu ildə Azərbaycan Dillər Universitetinə daxil olmuşam və 2014-cü ildə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin skandinaviyaşünaslıq ixtisasi üzrə bakalavr pilləsini bitirmişəm. 2016- 2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində idarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr təhsili almışam.
2014 və 2019-cu illərdə keçirilən bələdiyyə seçkilərində iştirak etmişəm, Lökbatan bələdiyyəsinin üzvü seçilmişəm və bu illər ərzində Lökbatan bələdiyyəsində sədr müavini vəzifəsində çalışmışam.


- Parlamentin ən gənc deputatı kimi yaşlı və təcrübəli deputatlarla birlikdə fəaliyyət göstərməyin asan və çətin tərəfləri nədir?

- Çox maraqlı sualdır. Gənc deputat kimi yaşlı və təcrübəli deputatlara həmişə hörmət və ehtiramla yanaşmağı özümə borc bilirəm. Mənim üçün çox xoşdur ki, Milli Məclisdə kifayət qədər təcrübəli deputat var. Yaşlı və təcrübəli deputatlarla birlikdə fəaliyyət göstərmək məsuliyyətimi daha da artırır. Onlarla ayaqlaşmaq üçün boş vaxtlarımda mütaliə etməyi, siyasi etiket qaydalarını dərindən öyrənməyi, eyni zamanda, bacardığım qədər beynəlxalq qanunlara da daha dərindən bələd olmağa çalışıram. Ən sevindirici hal onlara müraciət etdikdə kifayət qədər köməklik göstərmələri və məsləhətlərini əsirgəməmələridir.


- Bizə maraqlıdır, deputat olmaq istəyiniz necə yarandı?
 İlk vaxtlarda ailədə bu istəyiniz necə qarşılandı?

- Bildiyimiz kimi, müasir dövrümüzdə dövlətimiz və şəxsən Prezident İlham Əliyev cənabları tərəfindən gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında qalan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə Müzəffər Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı və rəhbərliyi altında əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi doğma Vətənimizi qorumağa və bu yolda hətta canından keçməyə belə hər an hazırdır. Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun tarixi zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan ağıllı və qorxmaz bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik olan kamil gənc nəsil formalaşıb.

Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatının fəaliyyəti dövlətin yaratdığı münbit şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb. Mən də həmin fəal gənclərdən biriyəm. Yeni Azərbaycan Partiyasının gənc üzvü kimi 2 dəfə bələdiyyə seçkilərində iştirak edərək, Lökbatan bələdiyyəsinə üzv seçilmişəm və Lökbatan bələdiyyəsinin sədr müavini kimi xeyli təcrübə əldə etmişəm. Öz gücümə, intellektual biliyimə və əldə etdiyim təcrübəyə inanaraq, Yeni Azərbaycan Partiyasının namizədi kimi VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak edib millət vəkili seçilmişəm.

Mənim ən əsas dəstəyim üzv olduğum Yeni Azərbaycan Partiyası və mənə etimad göstərən seçicilərimdir. Fəaliyyətimə güc verən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan gənclərinə həmişə göstərdiyi diqqət və qayğısıdır. Mən də Azərbaycanın fəal gənclərindən biri kimi möhtərəm prezidentimizin etimadını doğrultmaq üçün bütün gənclik enerjim və gücümlə bundan sonra da səylə çalışacaq və seçicilərimin mənə göstərdiyi etimadı layiqincə doğruldacağam.

Sualın ikincə tərəfinə cavab olaraq qeyd etməliyəm ki, deputat olmaq istəyim ailədə müsbət qarşlanmasaydı, mən bu gün Mili Məclisin deputatı olmazdım. Buna görə də mən bütün ailə üzvlərimə, xüsusilə də həyat yoldaşıma bir daha minnətdaram. Onlar ilk gündən məni dəstəklədikləri kimi, bu gün də çalışırlar ki, həmişə mənə dayaq olsunlar.


- Parlametin və üzv olduğunuz Regional məsələlər komitəsinin iclaslarından başqa ən çox çıxış etdiyiniz Kütləvi İnformasiya Vasitələri hansılardır?

- Gənc deputat olmağıma baxmayaraq çalışıram ki, parlamentdə və komitə iclaslarında etdiyim çıxışlar yerində olsun və seçicilərimin qaldırdıqları problemlərin həll edilməsinə təsir göstərsin. Keçən ilin dekabr ayında parlamentdə etdiyim çıxışın da müsbət təsiri oldu. Hazırda illərlə yığılıb qalmış bir çox məsələlərin həlli istiqamətində ciddi işlər gedir.
Bundan başqa, Kütləvi İnformasiya Vasitələrinin gücündən səmərəli istifadə etməyə çalışıram. Ona görə də ölkənin aparıcı qəzetləri olan “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil”, “525-ci qəzetdə, digər elektron kütləvi informasiya vasitələrində kifayət qədər məqalələrim yayımlanıb. Eyni zamanda, KİV-də müxtəlif mövzulara aid müsahibələrim verilib. Həmçinin, dəfələrlə "Lider", "Real", "Space", “ARB” televiziyalarında canlı efirlərdə çıxışlarım olub.


- Seçicilərlə tez tez görüşə bilirsinizmi? Əsasən nə ilə bağlı müraciətlər olur?

- Bəli. Mənim seçicilərlə görüşlərim mütəmadi keçirilir. Seçicilərim görüşlərdə qaldırdıqları məsələləri həmişə diqqət mərkəzində saxlayıram. Müraciətlər qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması, qəsəbələrdə internet və stasionar telefon xəttinin çəkilməsi, qəsəbələrdəki yeni yaşayış massivlərinin internetə çıxışının olmaması, olanlarda isə sürətin həddindən artıq aşağı olması ilə əlaqədardır.

Digər müraciətlər Qaradağ rayonunda içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, eyni zamanda, rayonun Lökbatan və Korgöz qəsəbələrindəki yeni yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sisteminin də yenidən qurulması, Yasamal rayonunda qəzalı evlər problemi, Yeni Yasamal 2-də 10 saylı yaşayış binasının tamamilə yararsız vəziyyətə düşdüyü üçün binanın sökülməsi, icazəsiz tikilmiş fərdi evlərin sənədləşdirilməsi, Binəqədi rayonu ərazisində Xocasən, 28 May və Sulutəpə qəsəbələrində qəsəbədaxili yolların asfaltlanması, bu qəsəbələrdə kanalizasiya şəbəkələrinin qurulması, Çiçək yaşayış massivində telefon xətlərinin, Yuxarı Sulutəpə qəsəbəsində qaz xəttinin çəkilməsi, istilik sistemlərinin yenidən qurulması, gənclərin aldıqları təhsil üzrə işlə təmin edilməsi, maddi yardım, sığorta, bank sistemlərini və digər sahələri əhatə edir.

Bu məsələrin həlli istiqamətində aidiyyatı Nazirliklər və digər dövlət qürumları qarşısında tərəfimdən müvafiq məsələlər qaldırılıb. Qeyd etməyi özümə borc bilirəm ki, bu məsələlər üzrə etdiyim müraciətlər əsasən seçicilərin xeyrinə, yəni müsbət həll edilib.


- Qeyd etdiyimiz kimi, digər deputatlarla yaş fərqiniz çoxdur. Deputat həmkarlarınızla münasibət qurmaqda çətinlik çəkmirsiniz ki?

- Bildiyiniz kimi, deputatlar cəmiyyətin sayılıb-seçilən nümayəndələridir. Onların hər biri ölkəmizin ən dəyərli ziyalıları, üzdə olan siyasi xadimləri və tanınmış ekspertlərdir. Ona görə də istər yaşlı, istərsə də gənc deputatlarla münasibətim çox yaxşıdır. Daim onlarla ünsiyyətdə olmağa, öyrənməyə, fikir mübadiləsi etməyə çalışıram. Milli Məclisdən kənarda keçirilən tədbirlərdə birgə iştirak edirik. Bir-birimizin sevincinə və kədərinə şərik oluruq. Bu həm də cəmiyyətdə həmrəyliyin, birliyin ən yaxşı nümunəsidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00