Modern.az

BƏƏ kosmosa qadın göndərəcək

BƏƏ kosmosa qadın göndərəcək

11 Aprel 2021, 09:00

Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətliləri dörd min namizəd arasından seçilən iki yeni astronavtın adını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə BƏƏ Baş naziri Məhəmməd ibn Rəşid Əl Məktum “Twitter” hesabında yazıb.

 

Qeyd edilir ki, Məhəmməd əl-Molla və Nura əl-Matruş kosmosa uçacaqlar.

 

Nura əl-Matruş ərəb dünyasında kosmosa uçan ilk qadın astronavt olacaq.

 

Onlar yaxın vaxtlarda NASA-nın astronavt hazırlığı proqramına qatılacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?