Modern.az

Qırğızıstanda seçkilər başa çatdı

Qırğızıstanda seçkilər başa çatdı

11 Aprel 2021, 20:45

Bu gün Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilib.

 

Modern.az xəbər verir ki, ölkə üzrə 2 483 məntəqə fəaliyyət göstərib, yerli şuralara seçkilər 448 şəhər və kənddə keçirilib. Siyahılara səs hüququ olan 3,6 milyon seçicinin adı salınıb.

 

Bildirilir ki, seçkilərdə səsvermə hüququna malik seçicilərin təxminən 30 faizi iştirak edib, lakin məntəqələrdən məlumatlar daxil olmağa davam edir.

 

Qeyd edək ki, seçkilər seçicilərin 30 faizdən çoxunun səs verəcəyi halda baş tutmuş sayılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar