Modern.az

Nur-Sultanda kütləvi tədbirlər qadağan edildi

Nur-Sultanda kütləvi tədbirlər qadağan edildi

12 Aprel 2021, 22:00

Qazaxıstanın Akmola bölgəsində, Qərbi-Qazaxıstan vilayətində və Nur-Sultanda müqəddəs Ramazan ayında kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

 

Modern.az xəbər verir ki, ərazi sanitar baş həkiminin qərarı ilə Ramazan ayı ərzində dini obyektlərin (məscidlər, kilsələr, sinaqoqlar və s.) fəaliyyətinə ən azı 4 kvadratmetr nisbətində fərdi olaraq icazə verilir.

 

Ramazan ayında məscidlərdə kollektiv ibadət, cümə namazı və beş vaxt namaz qılmaq, həmçinin eyni ailənin üzvləri arasında iftar istisna olmaqla, kollektiv iftar keçirilməsi qadağan edilib.

Dini müəssisələrdə yerləşən iaşə müəssisələrinin fəaliyyəti də qadağandır.

Qərar bu gündən qüvvəyə minib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir