Modern.az

Azərbaycanda kişilərin sayı qadınlara çatır - STATİSTİKA

Azərbaycanda kişilərin sayı qadınlara çatır - STATİSTİKA

14 Aprel 2021, 14:50

İlin əvvəlindən ölkə əhalisinin sayı 7994 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 127 min 127 nəfərə çatıb.

 

Dğövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 1 kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20984 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13 təşkil edib.

 

Rəsmi məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəmlərdir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır