Modern.az

Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi

Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi

Aktual

14 Aprel 2021, 19:24

Daha bir sənətçi koronavirusdan vəfat edib.

 

Modern.az xəbər verir ki, söhbət qarmon ifaçısı Nəbi Məmmədovdan gedir.

 

Bu barədə müğənni Abbas Bağırov instaqram hesabında paylaşım edib. 

 

İfaçının sözlərinə görə, Nəbi Məmmədov bir həftədən çox koronavirusa yoluxub və səhhəti pisləşib. Virusla mübarizə aparan qarmon ifaçısı sonda COVID-19-un qurbanı olub.

 

Qeyd edək ki, 31 yaşlı N.Məmmədov Hüseyn Məmmədoğlunun ansamblında çıxış edib. Onun bir neçə gün öncə oğul övladı dünyaya gəlib. Bu zaman qarmon ifaçısı komada olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü