Arxiv
15 Aprel 2021, 11:19 | AKTUAL
Bəyanatların arxasında həm də xalqımızın iradəsi dayanır

Hərbi Qənimətlər Parkının açılışından bir gün sonra Prezident İlham Əliyev ADA  Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış:münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etdi. Vətən müharibəsi günlərində və müharibədən sonrakı dönəmdə üzləşdiyimiz real mənzərənin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması baxımından konfransın əhəmiyyəti danılmazdır.

 

Tədbirin əlahiddəliyi həm də ondan ibarət idi ki, Prezidentin səsləndirdiyi bəyanat və açıqlamalar konfransın keçirildiyi məkanın xüsusi təyinatına uyğunluğu ilə fərqlənirdi.Hətta ən sərt bəyanatlar belə, auditoriyaya yüksək və peşəkar diplomatik üslubda çatdırılırdı. Konfransda fərqli ölkələrin nümayəndələri,fərqli dillərin daşıyıcıları iştirak etsələr də, ümumi ünsiyyət vasitəsi kimi məhz ingilis dilinə üstünlük verilmişdi. Şübhəsiz, bu da təsadüfi deyildi. Məqsəd konfransın mövzusu ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə ölkəmizin məhz Birinci şəxsinin dilindən,təhrif olunmadan və tərcümə xətasına yol verilmədən çatdırmaq idi. Xüsusən, Qərb dünyasına və məhz onun öz dilində. Dövlətimizin başçısı elə həmin dildə ATƏT-in Minsk qrupuna rəhbərlik edən ölkələrin ictimaiyyətinə çatdırdı ki, 28 il davam edən danışıqlar prosesində Ermənistan yalnız imitasiya ilə məğul olub, BMT qətnamələri və digər beynəlxaq-hüquqi sənədlər işğalçı üçün heç bir əhəmiyyət kəsb etməyib.İşğal dövründə Ermənistanın milyonlar xərclədiyi, iç-içə səddlərdən ibarət mühəndis istehkamları da  sübut edir ki,onun torpaqlarımızın bir qarışını belə öz xoşu ilə qaytarmaq fikri olmayıb.

 

Prezident İlham Əliyevin beynəlxalq auditoriyanın diqqətinə çatdırdığı həqiqətlərdən biri də ondan ibarət idi ki,ermənilərin özləri haqda dünyada formalaşdırmaq istədikləri "qədim”, ”mədəni”, ”sivil” millət obrazı da bir mifdir. Bu mifə inananlar, yaxud bu niyyətlə kənardan canfəşanlıq edənlər özləri-özlərini aldadıblar. Əks təqdirdə, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını, Qarabağı viran edib bu günə salmazdılar. Dövlətimizin başçısı ona da diqqət çəkdi ki, dağıntılar hərbi toqquşmaların nəticəsində yaranmayıb, viranqoyma missiyası ermənilər tərəfindən döyüşlərdən sonra məqsədli şəkildə həyata keçirilib.Prezident İlham Əliyev erməni vandallığının məhz məqsədli xarakter daşıdığını bu cür ifadə etdi:

 

”Aydındır ki,həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur,çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər”.

 

Beynəlxalq konfransın həsr olunduğu mövzunun adından göründüyü kimi, tədbir iştirakçılarını xüsusi maraqlandıran məsələ müharibədə qalib gəlmiş tərəfin-Azərbaycan dövləti və xalqının münaqişədən sonrakı mərhələdə bölgənin inkişafı imkanlarına baxışı və son 30 ilin həqiqətləri ilə əməkdaşlığın uzlaşdırılması perspektivi idi. Prezident İlham Əliyevin ən çətin-müharibə günlərində xalqımıza etdiyi müraciətlərində gördüyümüz səmimiyyəti, inanıram ki, beynəlxalq auditoriya da duya bildi.Çünki,dövlətimizin başçısı konfrans çərçivəsindəki ünsiyyətində də,siyasi maraq və incə məqamlara baxmayaraq, səmimiyyətə üstünlük verdi və tarixi yaddaşımıza münasibətini belə ifadə etdi:

 

”Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki,bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik.Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma ”Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir”.

 

Prezident  yüksək diplomatiya tonuna uyğun tərzdə konfrans iştirakçılarının nəzərinə bir tarixi həqiqəti də çatdırdı.Bildirdi ki, xalqımız Şuşanın əsasını qoyan Pənahəli Xanı, qədim Azərbaycan torpaqları olan Zəngəzuru,İrəvanı unutmayıb və unutmayacaq.Lakin bu, o demək deyil ki, Azərbaycan Ermənistana qarşı aqressiya və qisas hissi ilə yaşayır.Tarixi həqiqətləri bilmək və onu gələcək nəsillərə ötürmək istənilən xalqın mənəvi haqqı olmaqla yanaşı, həm də yaddaş borcudur.

 

Prezident regionda iqtisadi əməkdaşlıq və inkişaf məsələlərinə də xüsusi diqqət ayırdı.Nəzərə çatdırdı ki,ölkəmiz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində iştirak edən əsas aktorlardan biridir və digər dövlətlərlə, o cümlədən Xəzəryanı ölkələrlə sıx əməkdaşlıq edir. Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı isə həm də dövlətimizin beynəlxalq uğurudur. Sözsüz ki, bu cür reallıq məhz sabitliyə töhfədir. Dövlətimizin başçısı onu da vurğuladı ki,əgər Ermənistan özünü regional əməkdaşlıq formatında görmək istəyirsə,oradakı revanş cəhdləri sıfıra bərabər olmalıdır. Prezident İlham Əliyev konfrans iştirakçıları ilə məhz səmimi ünsiyyətə önəm verərək Ermənistanla gələcək əməkdaşlıq məsələsinə münasibətini  bu cür ifadə etdi:

 

"Mən əminəm ki, onlar öz seçki kampaniyalarını azərbaycanofobiya, türkofobiya, revanşizm hissləri üzərində quracaqlar. Ona görə də,biz bu qarşılıqlı fəaliyyəti birtərəfli qaydada qura bilmərik... Bəli, mən Prezidentəm və vəzifələrimə uyğun davranmalıyam. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə bilərik,onlara nəzarət edə bilərik, lakin bəzən bu,çox çətin olur. Buna görə də mən proqnozlaşdıra bilmərəm, əksinə, mən keçmiş azərbaycanlı qaçqınların nə hiss edəcəyini proqnozlaşdıra bilərəm. Lakin Prezident olaraq, gələcəyə baxan bir şəxs olaraq, əgər Ermənistan bizə müsbət işarələr versə, biz bu əlaqələri qura bilmək üçün hər şey edərik”.

 

Prezident İlham Əliyevin beynəlxalq konfransdakı çıxışı və suallara cavab olaraq səsləndirdiyi fikirlər, verdiyi bəyanat və açıqlamalar bu gün təkcə cəmiyyətimizin deyil, həm də dünya mediasının, nüfuzlu beynəlxalq təşkilatların və  aparıcı dövlətlərin diqqət mərkəzindədir. Çünki, bu çıxışda məhz onlara yönəlmiş mühüm fikirlər və ciddi ismarıclar yer alır. Şübhəsiz ki,Prezidentimizin açıqlamaları siyasi güc və beyin mərkəzləri tərəfindən təhlil edilir,nəticələr çıxarılır, onların ətrafında yeni gündəliklər müəyyən olunur. İnanıram ki, onlar da Prezident İlham Əliyevin istənilən mövzuda məhz səmimi və bərabərhüquqlu dialoqa hazır olduğunu,təzyiq və təhdid dilini qəbul etmədiyini bir daha görə bildilər. Yəqin anlayarlar ki, böyük siyasət mənsublarında az-az rast gəlinən bu cür səmimi və opponentlərə açıq olan ünsiyyət seçiminin, sərt, lakin ədalətli bəyanatların  arxasında həm də Azərbaycan xalqının iradəsi, öz Prezidenti ilə qarşılıqlı inamı dayanır. Bunu anlamaları və dəyərləndirmələri vacibdir.

 

Ülvi Quliyev

Milli Məclisin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18 Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR 17 May 2021, 17:17 “Bank of Baku” da qəfil dəyişiklik 17 May 2021, 17:14 Paşinyanın xarici ölkə liderlərinə zəngləri davam edir 17 May 2021, 17:14 “İrəvandakı hökumət sərhədə malik olmaq hissini itirib” - Fərid Şəfiyevin ŞƏRHİ 17 May 2021, 17:10 Gürcüstanda azərbaycanlıları döyən 8 nəfər saxlanılıb - Dövlət Komitəsi 17 May 2021, 17:10 ABŞ İsrailə yüksək dəqiqliyə malik silahlar satacaq 17 May 2021, 17:08 Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət göndərib 17 May 2021, 17:06 “Gürcüstanda azərbaycanlılarla bağlı konflikti qızışdıran üçüncü qüvvə var” - Sabiq deputat 17 May 2021, 17:00 “Ötən il kommersiya məhkəmələri 7 mindən çox işə baxıb” - Nazir 17 May 2021, 16:55 ABŞ İsraildən HƏMAS-la bağlı sübut tələb etdi 17 May 2021, 16:53