Modern.az

Heydər Əliyev prospektində qəza tıxac yaratdı - FOTO

Heydər Əliyev prospektində qəza tıxac yaratdı - FOTO

18 Aprel 2021, 23:23

Bakının Heydər Əliyev prospektində Bağırov körpüsü adlanan hissəyə yaxın yerdə yol nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Qeyd edilib ki, hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

 

*** 

 

Məlumata görə, üç avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rasim oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev və Verdiyev Samir Sahib oğlu xəsarət alıb.

 

Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

 

Q. Kazıma isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub