Modern.az

“ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir” - Çavuşoğlu  

“ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir” - Çavuşoğlu  

20 Aprel 2021, 23:58

“Beynəlxalq hüquqa hörməti varsa, ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir”. 

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Haber-Türk”ə müsahibəsində bildirib.  

 

Nazir deyib ki, ABŞ prezidentinin 24 apreldə hüquqi əsası olmayan “erməni soyqırımı” ifadəsini səsləndirərsə bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər.

 

“Amma biz cənab Bayden nə deyəcək, əndişəsini də çəkməməliyik, çünki bu tarixi həqiqətləri və erməni iddialarının əsassız olduğunu dəyişmir”, - deyə Çavuşoğlu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi