Arxiv
21 Aprel 2021, 12:55 | PARLAMENT
“Xocalıdakı hərbi paradın qarşısı ALINMALIDIR!

Qarabağda yerləşən Rusiya sülhməramlıları 9 May faşizm üzərindəki Qələbə gününü Xocalı aeroportunda hərbi parad keçirməklə qeyd etməyə hazırlaşır.

Rusiya hərbçilərinin Xocalı aeroportunda hazırlıq məşqinə başlaması Azərbaycan cəmiyyətində etirazla qarşılanıb.

Rusiyanın 366-cı motoatıcı alayının 1992-ci ildə erməni separatçıları ilə birgə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətdiyi unudulmayıb.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov Rusiya sülhməramlılarının Azərbaycan ərazisində hərbi parad keçirməsinin özbaşınalıq olduğunu vurğulayıb:

“Paradın keçirilməsi sülhməramlı missiyasına aid olmayan bir hərəkətdir və Azərbaycan qanunlarına hörmətsizlikdir. Ermənilər Xocalını işğal edəndə tək olmayıblar. Xocalını Rusiyaya məxsus 366-cı motoatıcı alayın bütün canlı qüvvəsi və hərbi texnikası ilə işğal ediblər. Orada da cəhənnəmə vasil olan İvan adlı tank komandiri vardı. Ermənilər Xocalının adını dəyişdirib onun şərəfinə İvanyan qoyublar. Yəqin ki, İvanyan adının şərəfinə rus sülhməramlıları orada hərbi parad keçirmək niyyətindədirlər.

Yaxşı olar ki, Azərbaycan Ordusunun həm Şuşada, həm də Ağdamda olan güclü qüvvələri də Xocalıya keçib ruslarla birlikdə orada yerləşsinlər. Desinlər ki, “gəlmişik parada baxmağa”.

Əgər Rusiya sülhməramlıları parad keçirmək istəyirsə, bunu gedib öz ölkələrində təşkil etsinlər. Sülhməramlıların Monitorinq mərkəzi Ağdamdadır, orada keçirsinlər. Nəyə görə parad Xocalıda olmalıdır?”.

Elman Məmmədov bildirib ki, bu, bir növ Azərbaycanı qıcıqlandırmaq və hörmətsizlikdir.

“Hesab edirəm ki, bunun cavabı dövlət rəhbərliyi tərəfindən rəsmi qayda da veriləcək. Sülhməramlıların bu hərəkət qeyri-qanunidir və qarşısı alınmalıdır. Rusiya sülhməramlıları bizim ərazimizdədir və bizim qanunlarımıza hörmətsizlik edir. Parad keçirməyə belə çox həvəslidirlərsə, Suriya və Liviyada da rus hərbi kontingenti var, onda orada da keçirsinlər”.

 

Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan Zəngəzura Çini də gətirmək istəyir? - TƏHLİL 16 May 2021, 16:25 Məşhur şirkətin satış təmsilçisinə cinayət işi açıldı 16 May 2021, 16:20 Paşinyan Azərbaycana qarşı Qazaxıstandan DƏSTƏK İSTƏDİ 16 May 2021, 16:16 Şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb - FOTO 16 May 2021, 16:11 Emmanuel erməni Emma Makronyanın oğludur… 16 May 2021, 16:06 Ermənistanın birinici prezidenti parlament seçkilərində iştirak edə bilər 16 May 2021, 16:00 Azərbaycanda gənc prokuror vəfat etdi 16 May 2021, 15:54 Mədəniyyət paytaxtımız Şuşada "Xarıbülbül" musiqi festivalı 16 May 2021, 15:48 Müharibədən sonra 21 mindən çox insana sosial dəstək göstərilib 16 May 2021, 15:42 SOCAR Ukraynada yanacaq satışını DAYANDIRDI 16 May 2021, 15:36 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI 16 May 2021, 15:30 Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” aparılır - YENİLƏNİB 16 May 2021, 15:28 Apreldə 5 mindən çox yeni abonent qeydə alınıb 16 May 2021, 15:24 İsrailə bütün beynəlxalq uçuşlar dayandırıldı 16 May 2021, 15:18 Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                   16 May 2021, 15:12 Niderlandda yaşayan soydaşlarımızdan humanist addım    16 May 2021, 15:06 Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə - FOTO 16 May 2021, 15:00 Tanınmış jurnalist vəfat etdi 16 May 2021, 14:54 Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı - FOTO 16 May 2021, 14:48 Qəzza sektorunda ölənlərin sayı 200-ü KEÇDİ 16 May 2021, 14:42 XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU 16 May 2021, 14:37 Şahbaz Xuduoğlunun velosipedi oğurlandı 16 May 2021, 14:32 Qarabağda döyüşən livanlı terrorçunun məhkəməsi başladı 16 May 2021, 14:26 Məmur olmaq istəyənlər imtahan verdilər 16 May 2021, 14:20 Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb 16 May 2021, 14:14 Paşinyanın atası türkdür? - Azərbaycanlı siyasətçidən AÇIQLAMA 16 May 2021, 14:08 Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI 16 May 2021, 14:04 Milli Məclis sədrinin İtaliyaya səfər proqramı AÇIQLANDI 16 May 2021, 14:00 “Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert 16 May 2021, 13:54 Azərbaycanda ÜDM azalıb 16 May 2021, 13:48 Şəhid zabitin dəfnindən FOTOLAR 16 May 2021, 13:42 Naxçıvan Qarnizonu döyüş tapşırıqlarını icra etmək üçün təyinat rayonlarına çıxarılır 16 May 2021, 13:36 “Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” - Şuşadan qayıdan SƏNƏTÇİLƏR 16 May 2021, 13:30 Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - VİDEO 16 May 2021, 13:24 Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR 16 May 2021, 13:18