Modern.az

Albaniyada parlament seçkilərində səsvermə başladı

Albaniyada parlament seçkilərində səsvermə başladı

Dünya

25 Aprel 2021, 10:51

Albaniyada Xalq Məclisinə (bir palatalı parlament) seçkilərdə səsvermə başlayıb.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, yerli vaxtla 07: 00-da respublika ərazisində 5 mindən çox seçki məntəqəsi açılıb. Səsvermə yerli vaxtla 19: 00-da başa çatacaq.

 

Ölkənin 18 yaşdan yuxarı vətəndaşları - təxminən 3,6 milyon nəfər - aktiv və passiv seçki hüququna malikdirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV