Modern.az

ABŞ-da polis vətəndaşı güllələdi

ABŞ-da polis vətəndaşı güllələdi

Dünya

25 Aprel 2021, 11:48

ABŞ-da Hollivudun Los-Anceles bölgəsində polisi bir vətəndaşı gülləyib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ polisinin Twitter səhifəsində məlumat yayılıb. Məlumata görə, polis naməlum bir şəxsin onların həyatlarını təhdid etdiyini düşünüb və atəş açıblar.

 

Silahlı insident dünən baş verib. Məlumata görə, çağırışa gedən polis maşını birdən başqa bir avtomobillə toqquşub. Polisin verdiyi məlumata görə, avtomobildən "güllə keçirməyən jilet geyinmiş, sağ əlini arxasında saxlayan bir sürücü" gəlib. Bildirildiyinə görə, həmin sürücü polislərin yanına gəlirmiş və eyni zamanda "üç, iki, bir" deyərək geri sayırmış. Şübhəli şəxs əlini qabağa çəkmək istədiyi anda polis tərəfindən vurulub. O, hadisə yerində ölüb.

 

Hadisə ilə əlaqədar istintaq başlayıb. Hazırda vətəndaşın yanında silahının olub-olmadığı barədə məlumat yoxdur. Müstəntiqlər hadisənin şahidlərini axtarır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub