Modern.az

İndoneziya Prezidenti sualtı qayıqda 53 hərbçinin öldüyünü elan etdi

İndoneziya Prezidenti sualtı qayıqda 53 hərbçinin öldüyünü elan etdi

25 Aprel 2021, 14:23

İndoneziya Prezidenti Joko Vidodo, göyərtəsində 53 hərbiçinin olduğu və son bir neçə gündə axtarışları davam edən Nanggala sualtı gəmisi ilə bağlı xalqa video müraciət edib.

 

Modern.az-ın TASS-a istinadən məlumatına görə, Prezident bütün ekipin Bali dənizində öldüyünü elan edib:

 

"Şənbə günü Dəniz Qüvvələrinin komandanlığından sualtı qayığın batdığı barədə bir məlumat aldım. Bütün İndoneziya xalqı faciədən dərindən təəssüflənir".

 

Prezident qeyd edib ki, heyət üzvləri ölkənin suverenliyini qoruyan vətənpərvərlər idi. Bundan əlavə, dövlət başçısı sualtı qayığının axtarışı üçün xüsusi vəsaitin ayrılacağını da vəd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?