Modern.az

Xəstəxanada yanğın - 90 nəfər öldü, nazir işdən çıxarıldı

Xəstəxanada yanğın - 90 nəfər öldü, nazir işdən çıxarıldı

Dünya

26 Aprel 2021, 09:34

Aprelin 25-də İraqın paytaxtı Bağdadda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada baş verən yanğın nəticəsində 90 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə xəstəxananın anbarında oksigen balonunun partlaması nəticəsində baş verib.

Məlumatlara görə, xəstələrin çoxu tənəffüs aparatlarından ayrılmalı olduqları üçün ölüblər.

Ölkədə üç günlük matəm elan edilib. Səhiyyə naziri müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü