Modern.az

“Əgər “soyqırım” deyirsinizsə, güzgüyə baxın” - Ərdoğandan Baydenə CAVAB

“Əgər “soyqırım” deyirsinizsə, güzgüyə baxın” - Ərdoğandan Baydenə CAVAB

26 Aprel 2021, 20:25

“ABŞ Prezidenti Bayden 24 aprel günü yayımladığı mesajda coğrafiyamızda bir əsrdən uzun müddət yaşamış acı hadisələrlə əlaqədar əsassız, haqsız ifadələrdən istifadə edib".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

  

"Heç bir tarixi, hüquqi təməli olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi, bizi də çox incidib.

Radikal erməni dairələrinin və Türkiyə əleyhinə olan çevrələrin təzyiqi ilə mətnə yer verildiyini düşünürük”, - deyə Ərdoğan bildirib.

 

Türkiyənin dövlət başçısı qeyd edib ki, ermənilərin Dağlıq Qarabağ və Azərbaycan şəhərlərində etdikləri ortadadır:

 

"Minsk Qrupu üçlüyü yaradılmışdı. Bu qrupda kimlər vardı? ABŞ, Rusiya və Fransa. Bunlar 30 il ərzində Qarabağı işğaldan qurtara bilmədi və 1 milyondan çox azərbaycanlı qardaşlarımız nə yazıq ki, öz yurdlarını tərk etmək məcburiyətində qaldı. Bütün Qarabağ yandırıldı, dağıdıldı. Əgər "soyqırım" deyirsinizsə, güzgüyə baxın. Bütün dəlillər Qarabağdadır. Bütün bunlar ortadaykən, sizlər qalxıb türkə, türk millətinə soyqırımı ifadəsini yapışdıra bilməzsiniz".

 

Birinci Dünya müharibəsinin yaratdığı acıları söyləyən Ərdoğan bildirib ki, bir çox yerdə ermənilərin məhv etdiyi türklərin kütləvi məzarlığı olduğu halda, heç bir yerdə erməni kütləvi məzarlığı yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?