Modern.az

Dünyanın koronavirusdan təhlükəsiz ölkələri  - REYTİNQ

Dünyanın koronavirusdan təhlükəsiz ölkələri  - REYTİNQ

Dünya

27 Aprel 2021, 10:34

Bəzi ölkələr hazırda bəşəriyyətin 1 nömrəli probleminə çevrilən COVID-19 pandemiyası ilə mübarizədə böyük uğurlar əldə ediblər. Məhdud sayda yoluxma və sürətli vaksinasiya prosesi məhz bu ölkələri koronavirusdan ən təhlükəsiz ərazilərə çevirir.

Modern.az ABŞ-ın Bloomberg agentliyinə istinadən xəbər verir ki, COVID-19-a qarşı ən təhlükəsiz ölkələrin siyahısı hazırlanıb.

 

Əhalisinin 20% vaksinasiya olunmuş, son 1 ayda koronavirusdan ölüm hallarınıln qeydə alınmadığı Sinqapur pandemiyadan ən təhlükəsiz ölkə sayılır. Sinqapur 79,7 bal qazanıb.

Son 1 ayda ölüm hallarının qeydə alınmadığı Yeni Zelandiyada isə vaksinasiya cəmi 2% əhalini əhatə edib. Buna görə də ada dövləti siyahıda 2-ci pillədə qərarlaşıb.

 

İlk “beşlik”də Avstraliya (3), İsrail (4) və Tayvan (5) da yer alıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!