Modern.az

60 döyüşçüsü itkin düşən erməni generala cinayət işi AÇILDI

60 döyüşçüsü itkin düşən erməni generala cinayət işi AÇILDI

27 Aprel 2021, 12:27

Ermənistanda 44 günlük müharibədəki məğlubiyyətlə bağlı araşdırmalar davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baş Qərargah rəisinin müavini, döyüş hazırlığı idarəsinin rəisi Andranik Makaryan xidməti vəzifələrinə səhlənkar yanaşmaqda ittiham olunur.

 

Cinayət Məcəlləsinin 376.3 maddəsi ilə ittiham olunan Makaryan tabeliyində olan hərbi birləşmənin 60-dan çox əsgərini səhv istiqamətə göndərərək onların itkin düşməsinə yol açmaqda təqsirləndirilir.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır