Modern.az

Azərbaycanın azad etdiyi Maral Nacaryanla bağlı XƏBƏR VAR

Azərbaycanın azad etdiyi Maral Nacaryanla bağlı XƏBƏR VAR

Dünya

27 Aprel 2021, 16:33

Azərbaycanın humanizm prinsiplərinə sadiq qalaraq həbsdən azad etdiyi Livan vətəndaşı Maral Nacaryanla bağlı yeni xəbər var.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Livanla yanaşı, Ermənistan pasportuna da malik olan Nacaryan şəxsiyyət vəsiqəsini Qarabağda döyüşlər zamanı itirdiyini söyləyib.

 

Buna görə də, Ermənistan polisinə müraciət edən Nacaryan ona şəxsiyyət vəsiqəsini itirdiyi üçün yenisinin verilməsini istəyib. Ermənistan polisi isə onun müraciətini rədd edib və hadisə ilə bağlı əlavə məlumat və Nacaryanın şəxsən polis bölməsinə gəlməsini tələb edib.

Hadisə müxalifət mətbuatı tərəfindən Paşinyan hakimiyyətini diaspor ermənilərinə qarşı etinasızlıqda ittiham etmək üçün istifadə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır