Modern.az

Gürcüstan parlamentinə yeni sədr seçildi

Gürcüstan parlamentinə yeni sədr seçildi

27 Aprel 2021, 17:03

Gürcüstan parlametinə yeni sədr seçilib. Modern.az xəbər verir ki, bu posta Kaxaber Kuçava seçilib.

O, 24 apreldə parlament sədri vəzifəsindən istefa edən Arçil Talakvadzeni əvəz edib.

K.Kuçava 86 səs qazanıb. O, hakim "Gürcü arzusu" Partiyasının üzvüdür.

Qeyd edək ki, 42 yaşlı Kuçava əvvəllər Gürcüstan parlamentinin vitse-spikeri  və Azərbaycanla dostluq qrupuna rəhbəri olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?