Modern.az

“Vaksinasiya işi istədiyimiz sürətdə getmir” – Deputat

“Vaksinasiya işi istədiyimiz sürətdə getmir” – Deputat

28 Aprel 2021, 10:42

“Ölkədə kollektiv immunitet  nə zaman bərpa olunarsa , pandemiyadan o zaman qurtulacağıq”.

Bunu Modern.az-a vaksinin vacibliyi haqqında danışarkən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva  söyləyib. Deputat  qeyd edib  ki, koronavirusa qalib gəlib, normal həyata dönməyin  yeganə yolu məsuliyyətli olmaq, vaksin vurdurmaqdır:

“Dünyada bəzi dövlətlər vaksin əldə etmək üçün  sözün əsl mənasında mübarizə aparır ki,  vətəndaşalarını  vaksinlə təmin etsin. Çox sevindirici bir haldır ki, ölkə rəhbərinin qətiyyəti, şəxsi nüfuzu sayəsində Azərbaycan vaksin əldə edən ilk dövlətlərdən oldu. Bu gün ölkəmizdə vaksin çatışmazlığı yoxdur, hətta ehtiyat vaksinimiz var. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da vaksin vurulması könüllü şəkildədir. Heç kim vaksinasiyaya  məcburi qayda da cəlb edilmir, edilə də bilməz. İnsanlar başa düşməlidir ki. özlərinin, yaxınlarının, cəmiyyətin sağlqamlığı naminə mütləq vaksin vurdurmalıdır. Ölkədə kollektiv immunitet nə zaman bərpa olunsa, pandemiydan da o zaman qurtulacağıq”.


K.Əliyeva təəssüflə bildirib ki, bəzi həkimlər xalqın maarifsizliyindən istifadə edərək, qanuna zidd işlər görürlər:


“Bu günlərdə vaksin vurudurmağın xeyrindən, vaksin olunmadığımız təqdirdə insanlarımızın, dövlətimizin hansı problemlərlə üzləşəcəyi haqda maarifləndirmə işi qənaətbəxş deyil. Ona görə də vaksinansiya işi isdədiyimiz sürətdə getmir. Bu məsələ ilə bağlı özəl televiziya  kanalları  aktiv olmalıdır. Əhalinin çox hissəsi bu kanallara daha çox baxır. Televiziyalar da özəl verilişlər hazıramalıdır, reklam çarxları çəkməlidir. Gün ərzində də efirə bir neçə dəfə verilməlidir. Qısaca olaraq insanlarımızın vaksin olunmasına cəlb olunmalarının ən vacib yolu  düzgün maarifləndirmə və təbliğat işlərinin aparılmasıdır”.

Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər