Modern.az

Mövlud Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşdü

Mövlud Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşdü

28 Aprel 2021, 16:06

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Çavuşoğlu “Twitter” hesabında yazıb.

 

Məlumata görə, görüş Cenevrədə Kiprlə bağlı keçirilən “Qeyri-rəsmi 5+BMT” iclası çərçivəsində baş tutub.

 

XİN rəhbərinin sözlərinə görə, Kipr probleminin həlli iki tərəfin beynəlxalq səviyyədə bərabər statusu və suverenliyinə əsaslanmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı