Modern.az

Ötən gün 15 mindən çox vətəndaşa vaksin vurulub

Ötən gün 15 mindən çox vətəndaşa vaksin vurulub

28 Aprel 2021, 17:02

Azərbaycanda son sutkada 15871  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6711 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 9160 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1 456114 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 953545 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 502569 nəfərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?