Modern.az

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb - RƏSMİ

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb - RƏSMİ

4 May 2021, 14:28

Tanınmış müğənni Aslan Hüseynov ağır yol qəzasında ölüb.

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 

"Aslan Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi BMW markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində müəğənni Aslan Hüsyenov vəfat edib”,-deyə açıqlamada bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

55 yaşında dünyasını dəyişən sənətçi evli idi, 2 övladı var.

Qeyd edək ki, Aslan Hüseynov bir vaxtlar Qırğızıstanda yaşayıb. Sonralar Bakı şəhərinə köçüb. Onun vaxtilə ifa etdiyi "İgidlər" mahnısı gənclər arasında çox populyar idi.

Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır