Modern.az

Qorxmaz Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

Qorxmaz Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

4 May 2021, 17:48

Prezident İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri ilə bağlı sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Xatırladaq ki, Qorxmaz Hüseynov Azərbaycan Prezidentinin 16 fevral 2011-ci il tarixli sərəncamı ilə “Azərsu” ASC-nin sədri vəzifəsinə təyin olunmuşdu.

Q.Hüseynov 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub.

1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub.

1983- 85-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası), 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə “Neft daşları”  NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə “28 May”  NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi vəzifələrində çalışıb.

1995-1997-ci illərdə “Qum adası” NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi vəzifəsində çalışıb.

1997- 2003-cü illərdə “Xəzərdənizneftqaztikinti” trestinin müdir müavini, 2003-2006-cı illərdə müdiri işləyib.

2006- 2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi olub.

2008-2011-ci illərdə ARDNŞ-nın sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə irəli çəkilib.

Prezidentin 16 fevral 2011-ci il tarixli sərəncamı ilə “Azərsu” ASC-nin sədri vəzifəsinə təyin olunmuşdu.

Ailəlidir, iki övladı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır