Arxiv
4 May 2021, 18:24 | QARABAĞ
Bakı üç erməni diversantı AZAD ETDİ

Bakı xoş niyyətini nümayiş etdirərək üç erməni diversantı azad edib.

 

Modern.az Caliber.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə nümayiş etdirdiyi humanizmə və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib.

 

Həmin şəxslər yaxın saatlarda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan istiqamətində uçuş edəcək hərbi təyyarə ilə İrəvana çatdırılacaqlar.

 

Azad olunan şəxslər bunlardır:

Rovert Vardanyan, Şuxyan Samvel, Tamrazyan Seyran.

 

İstintaq prosesi çərçivəsində Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib. 

 

Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir.

 

Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir. Minalanmış ərazilər mülki və hərbi şəxslərin ölümü və yaralanması ilə nəticələnir.

 

Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində Ermənistan tərəfindən məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib.

 

Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində Ermənistan hələ də məlumat vermir. Yəqin ki, həmin şəxslər işgəncələrlə öldürülüblər. Amma Ermənistan onlar barəsində hər hansı məlumat verməkdən boyun qaçırır.

 

Ona görə də Ermənistan hansı əsaslarla humanizmdən danışır və hətta bu əsaslarla Azərbaycana qarşı iddialar irəli sürür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
8 Noyabr prospektində qəza - FOTO 18 İyun 2021, 09:42 Müğənni Nura Surinin oğlu qəzaya düşdü - VİDEO 18 İyun 2021, 09:36 Nazirlik göldə batan hərbçinin axtarışına BAŞLADI 18 İyun 2021, 09:30 “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur - ÜNVANLAR 18 İyun 2021, 09:25 Neft ucuzlaşdı 18 İyun 2021, 09:20 Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Bərdədə kombayn YANDI 18 İyun 2021, 09:08 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?