Arxiv
6 May 2021, 10:00 | ÖLKƏ
Şəhid ailələri və Qarabağ əlillərinə verilən mənzillər niyə “kupça”sızdır?.. - PROBLEM

Bu il yanvarın 25-də yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanan Vətən müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı ilə bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncamın ikinci bəndində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibə zamanı əlilliyi olan şəxslərin mənzil təminatının həyata keçirilməsi tapşırılıb.


Dövlət başçısının tapşırığına uyğun olaraq, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Bu il Vətən müharibəsi əlilləri və şəhid ailələrinin üzvlərinə bir neçə yaşayış kompleksindən 3000 mənzil verilməsi gözlənilir və eyni zamanda fərdi evlərin tikintisinə başlanılıb.


Artıq Vətən müharibəsində şəhid olan bəzi hərbçilərin ailələrinin, o cümlədən qazilərin mənzil təminatı həyata keçirilib. Lakin həmin mənzillərə görə, “kupça”ların verilməməsi vətəndaşların narazılığını səbəb olub.


Bu barədə Modern.az-a danışan "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid komandir Raquf Orucovun xanımı Sevinc Orucova mənzillərin “çıxarış”larının ailələrə verilmədiyini təsdiqləyib:


“Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü kimi məlumat almışam ki, Vətən müharibəsi şəhidlərinin ailələrinə verilən mənzillər dövlət reyestrindən “çıxarış”la təmin edilməyib. Hətta qeyd edilir ki, gələcəkdə də şəhid ailələrinə veriləcək mənzillər üçün “kupça” verilməsi nəzərdə tutulmur. Bunu düzgün saymırıq. Həmin mənzillər şərəfli ailələrə mülkiyyət kimi təqdim olunmalıdır. Bu həm dövlətimizə başucalığı gətirər, həm yaraları  yeni olan şəhid ailələrinin sosial qayğı ilə əhatə olunmasına köməkdir. Mən təklif etmişəm ki, şəhid ailəsinə hazır mülkiyyət hüququnu təsdiq edən sənəd verilməlidir. Mən də şəhid ailəsi kimi bu addımı şəhid ailələrinə və qazilərə edilən sayğısızlıq hesab edirəm. Mənzillər həmin ailələrə şəxsi ev kimi, hədiyyə kimi təqdim olunmalıdır”.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə şəhid ailələrinə təqdim edilən mənzillərin “çıxarış”larının olmamasını qanunun dəyişdirilməsi ilə izah edib. Deputat xatırladıb ki, 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində şəhid ailələrinə və qazilərə mənzillərin verilməsi barədə təcrübə var:


“Mənzil alan ailələrə “kupça”lar verildi, evlər özəlləşdirildi. Amma bir çox şəhid ailələri, Qarabağ qaziləri həmin evləri satdılar, yenidən evsiz qalanda dövlətə müraciət etdilər. Ona görə, bu məsələyə gələcəkdə baxmaq mümkündür. Lakin həmin ailələr onsuz da mənzildə daimi yaşayırlar, “kupça” onların nəyinə lazımdır? Dövlətin verdiyi mənzillər satıldıqda bəzən ailə üzvləri arasında da mübahisə düşür”.


“Mənzillər şəhid ailələrinə, qazilərə verilirsə və həmin şəxslər bunu satırsa, rəsmi qeydiyyat ola-ola yenidən necə tələb edə bilərlər” sualına gəldikdə isə Musa Quliyev düzgün olmasa belə, şəhid ailələrinin dövlətdən yenidən mənzil tələb etdiyini söyləyib:


“Onlar da bilirlər ki, dövlət bir dəfə bu mənzili bağışlayıb. Amma şəhid ailəsi mənzili satıbsa, harada yaşamalıdır?

Xüsusi təyinatlı mənzil fonduna aid olan mənzillərin özəlləşdirilməsinə icazə verilmir. Həmin evlərin “kupça”sı var, amma mənzilin sahibi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sayılır. 2009-cu ilə qədər belə təcrübə olub, hədiyyə edilən mənzillər özəlləşdirilib, sonradan ailələr bu mənzilləri satıblar. Beləliklə, yenidən problem yaranmaması üçün Mənzil Məcəlləsinə dəyişiklik edilib. Amma mənzildə yaşayan ailələr istədikləri adamı mənzilə qeydiyyata ala, yaşaya bilərlər. Bu məntiq doğrudur. Dövlət mənzili şəhid ailəsinə verib, başqasına verməyib”.


Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericilikdə sosial və xüsusi təyinatlı yaşayış sahələrinin özəlləşdirilməsi nəzərdə tutulmayıb:


“Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun bu Məcəllə qüvvəyə mindikdən sonrakı dövrdə vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48 Kürdə batmaqda olan şəxs xilas edildi 18 İyun 2021, 23:33 Xırdalanda 7 yaşlı uşağı maşın vurdu 18 İyun 2021, 23:17
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?