Arxiv
7 May 2021, 08:39 | QARABAĞ
8 may - Şuşanın işğal tarixini necə qeyd etməli…

Azərbaycan xalqı 30 ilə yaxın müddətdə 8 may tarixini Şuşanın işğalı günü kimi qeyd edib. Bu işğal günündə hər zaman şəhidlərimiz anılıb, insanlarımızın başına gətirilən müsibətlərin unudulmamasının vacibliyi aşılanıb.

2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları elə Şuşanın azad olunması ilə sonlandırıldı. Şuşa azad olunan kimi Ermənistan təslim olmaq məcburiyyətində qalaraq, üçtərəfli bəyanat imzalamağa razılaşdı. Beləliklə, Şuşanın azad edildiyi tarix – 8 Noyabr Azərbaycanda Zəfər günü elan edildi.

Düşmən üzərində qələbə qazanıb, torpaqlarımızı işğaldan azad etsək də, tariximizi, ermənilərin başımıza gətirdiyi müsibətləri unuda bilmərik. Bu müsibətlər sırasında 1992-ci il, 8 may – Şuşanın işğal edildiyi tarix də var.


Bəs zəfər əhval-ruhiyyəsində olan Azərbaycan xalqı 8 mayı necə qeyd edəcək? 


Bununla bağlı Modern.az-a danışan Şuşanın deputatı Elman Məmmədov şəhərin işğal olunduğu günə “Əziz Şuşa! Sən azadsan!” sözləri ilə münasibət bildirib:    


“Biz tariximizi unutmamalıyıq.1992-ci il mayın 8-i Şuşanın ermənilər  tərəfindən işğal olunduğu gündür. Bu il isə biz Şuşanın işğal günündə cənab Prezidentin dediyi kimi söyləyirik ki, əziz Şuşa, sən azadsan! Şuşada, Bakıda, eləcə də ölkəmizin digər bölgələrində də işğal günü qeyd olunacaq. İşğal günündə qürurla dayanacağıq, çünki  düşməndən intiqamımızı aldıq və Şuşamızı azad etdik.

Bu ərəfədə cənab prezidentin Şuşaya və digər ərazilərə səfəri ola bilər. Amma onsuz da, Ramazan bayramından sonra qardaş Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla İlham Əliyevin Şuşaya səfəri gözlənilir. Ona görə, prezidentin 8 mayda Şuşaya gedib-getməyəcəyi haqqında fikir söyləyə bilmərik”.


Ermənilərin hər il Şuşanın işğal günündə orada “qələbə paradı” keçirdiklərini xatırladan deputat onlara bir daha dərs verməyin məqamı olduğunu düşünür:

“Mən Modern.az-a və digər xəbər saytlarına da bir neçə dəfə açıqlamamda qeyd etmişəm. İstəyərdim ki, bu il Şuşaya qalib bir xalq kimi gedək. Şəhidlərimizi də orada anaq. Bu da ermənilərə göz dağı olsun. Əlbəttə ki, bu mənim ürəyimdən  keçənlərdir. Hər şey cənab prezidentin tapşırığı və rəhbərliyi ilə həyata keçirilir. Hər il biz Şəhidlər Xiyabanını ziyarət edirik. Bu il də pandemiyaya görə, kütləvi şəkildə olmasa da, kiçik qruplarla mütləq ziyarət edəcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?